1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Rüfət Dadaşovdan dubl

ABŞ-ın USL çempionatında 12-ci turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun da çıxış etdiyi “Finiks Rayzinq” evdə “Las Veqas-Layts”ı qəbul edib və 5:1 hesablı qələbə qazanıb.

Hücumçumuz meydana start heyətində çıxıb. 27-ci dəqiqədə görüşdə hesabı açan 29 yaşlı hücumçu 44-cü dəqiqədə özünün və komandasının 2-ci qolunu vuraraq fərqi artırıb. Dadaşov bununla da mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.

Bundan əlavə komandanın oyununda uzun müddətdən sonra məhdud sayda azarkeş iştirak edib.

Qeyd edək ki, “Finiks Rayzinq” hazırda B qrupunda 26 xalla liderdir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30