9 May 2026, Şənbə
Sxadadze: “Vacib 1 xal qazandıq”
Qurbanov: “Nəticə oyuna görə idi”
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci

Ölkə futbolu

UEFA "Qarabağ" - "Şerif" oyununun hakimlərini dəyişdi

Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək  "Qarabağ" - "Şerif" oyununun hakimləri dəyişdirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Mikola Balakin, yan xətt hakimləri Viktor Matyaş və Sergey Pristup olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA görüşün Furkat Atajanov rəhbərlik etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcəyini açıqlamışdı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31