2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində irəlilədi

Avrokuboklarda 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən 6 görüşdən sonra cədvəldə dəyişikliklər olub.

Çempionlar Liqasının 1-ci turunda ötən gün “Sileks”ə (Şimali Makedoniya) 4 cavabsız qolla qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib.

Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo"suna məğlubiyyəti (3:6) səbəb olub.

Ölkəmizi Qazaxıstan (25), Norveç (26) və Rumıniya (27) izləyir. 23-cü yerdə olan Bolqarıstan isə Azərbaycanı 1.625 xal qabaqlayır.

Qeyd edək ki, siyahıda İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31