Ölkə futbolu
35 yaşlı legionerə quçaq açıb, 20 yaşlı azərbaycanlını məhv edən “Sabah”
“Sabah” klubunu kim, niyə, hansı məqsədlər üçün yaradıb, bilmirəm. Amma geridə qalan müddətdə bu klubla bağlı bəzi məqamlar diqqət çəkir. Birincisi, deyəsən, kluba sponsorluq edənlərin pulu həddindən artıq çoxdu. Belə olmasaydı, klubun yaradıcısı/sponsoru ötən mövsüm göyə sovrulan milyonların hesabını sorardı. Amma görünən odur ki, “Sabah”ı hazırda idarə edən şəxslərdən nəinki ötən mövsüm küçəyə atılan milyonların hesabatı tələb olundu, hətta onlara şərait yaradılıb ki, yenidən daha bir neçə milyonu kimə gəldi, necə gəldi xərcləsinlər.
Digər tərəfdən də “Sabah”ı yaradanların məqsədi hər nədirsə, yüzdə yüz Azərbaycan futbolunun inkişafı deyil. Çünki Azərbaycan futbolunun inkişafını düşünən klub göz görə-görə üzdə olan 20 yaşlı azərbaycanlı futbolçunu məhv etməz.
Söhbət U-21 millimizin üzvü Şakir Seyidovdan gedir. “Bakı”nın yetirməsi olan yarımmüdafiəçi ötən mövsümün kəşflərindən biridir. “Sabah”ın aparıcı üzvünə çevrilən Seyidov tezliklə gənclər yığmamızın da əsas oyunçusu oldu. Şakir ötən il gənclər millimizin seçmə mərhələdə keçirdiyi 6 oyunun hamısında iştirak edib. Lixtenşteyn (hər iki oyun), Gürcüstan və Slovakiya ilə qarşılaşmaları əvəzolunmadan keçirən Seyidov Fransa ilə matçda da start heyətində yer alıb. Yalnız İsveçrə ilə görüşdə ikinci hissədə meydana daxil olub. Eləcə də U-21-in noyabrda Ukraynaya qarşı keçirdiyi yoxlama matçında 90-cı dəqiqədə əvəzlənib.
Ötən il “Sabah”ın baş məşqçisi təyin edilən Jelko Sopiç ilk gəldiyi vaxtlarda “mənə Şakir kimi 10 futbolçu lazımdı” demişdi... Bütün bu sadaladığımız faktlar futbolçunun bacarığının göstəricisidir. İndi isə “Sabah” rəhbərliyi şəxsi maraqlarına görə belə bir futbolçunun gələcək karyerasını riskə atır. Həyat necə də qəribədi. “Bakı” klubu milyonlar xərclədi ki, Azərbaycan futboluna Şakir kimi gəncləri qazandırsın. İndi isə “Sabah” kimi futboldan uzaq adamların idarə etdiyi klublar Seyidov kimi gəncləri məhv edir. Azərbaycan futbolunda onsuz da oyunçu qıtlığı var. Birini “Sabah”, məsələn, birini “Qarabağ”, birini “Səbail” və məhv etsə, daha kim qaldı?
Görünən odur ki, Azərbaycan futbolu “Sabah”ın zərrə qədər də vecinə deyil. Yoxsa Şakir Seyidov kimi futbolçunu niyə məhv etsinlər? “Sabah” rəhbərliyi israrla Seyidovdan yeni müqavilə imzalamağı tələb edir. Klubun 3 illik müqavilə və maaş artımı təklifi ilə razılaşmadığından Seyidov “Sabah”ın ikinci komandasına göndərilib. Hansı ki aylardı məşq etmir. Beləcə, az-çox potensialı olan futbolçumuz şəxsi maraqlara görə məhv edilir. Şakir ömür boyu “Sabah”da qalmalıdı? Adam klubda qalmaq istəmirsə, bu cür aqibətlə üzləşməlidi? Oktyabrda U-21 millimiz İsveçrə ilə qarşılaşacaq. Həmin görüşdə Şakir Seyidovun yerində kim oynayacaq? “Sabah”ın prezidenti, ya bəh-bəhlə komandaya cəlb olunan 35 yaşlı əcnəbi? Hansı ki dünən də bu haqda yazmışdıq (http://www.futbolxeber.az/news/country/55064). Meydana çıxdığı son 4 oyunun 3-də qırmızı vərəqə alan, “Soccerassociation”ın adının üstündən xətt çəkdiyi 35 yaşlı legioneri transfer edən “Sabah” 20 yaşlı azərbaycanlı balasını məhv edir. Nə var ki, o, klubla yeni müqavilə imzalamır. 37 yaşlı Deviçə, 35 yaşlı Vuyadinoviçə, 35 yaşlı Stamenkoviçə, 31 yaşlı Marinoya, 30 yaşlı Rodrigezə, 28 yaşlı İvanoviçə, 28 yaşlı Dialloya qucaq açan “Sabah”da 20 yaşlı Şakir Seyidova yer tapılmır. Budur Azərbaycan futbolunu düşünməyiniz?
Şakir Seyidova qarşı edilən haqsızlıqla bağlı “Sabah”ın mətbuat xidmətinə müraciət etdik. 21 saat ərzində cavab gəlmədiyi üçün yenidən Seyidovun “hansı əsasla klubla yeni müqavilə imzalamadığı üçün heyətdən uzaqlaşdırılmasının” səbəbini soruşduq. Aldığımız cavab belə oldu: “Cavab yoxdu”.
Nə desinlər? “Bəli, şəxsi prinsiplərə görə 20 yaşlı azərbaycanlı futbolçunu məhv edirik” söyləsinlər? Görünən odur ki, “Sabah” artıq ağ edib. Amma bu məsələ belə qalmamalıdı. Bu ölkənin futbolu yiyəsiz deyil! Ölkə xaricində azərbaycanlı futbolçuları axtaran AFFA ölkə daxilindəki perspektivli oyunçuların göz görə-görə məhv edilməsinə göz yummamalıdı. Məsələnin hüquqi tərəfi barədə nəsə demək çətindir. Amma düşünürəm ki, heç olmasa, U-21 millimizin baş məşqçisi Milan Obradoviç AFFA rəhbərliyi qarşısında hansısa məsələ qaldıra bilər. Onsuz da Azərbaycanda milliyə faydalı ola biləcək elə də çox futbolçu yoxdu. İndi açıq-aşkar kiminsə istedadlı bir azərbaycanlı gəncin karyerasını məhv etməsinə göz yummaq olmaz. Azərbaycan futbolunun gələcəyini düşünən hər bir kəs bu məsələyə münasibət bildirməlidir.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























