9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

Azərbaycan çempionatları: 8 mövsümdə 37 poker

Azərbaycan çempionatları tarixində indiyədək 37 poker qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, bir futbolçunun oyunda 4 qol vurmasına daha çox - 7 dəfə 1992-ci ildə təsadüf olunub.

1993/94 və 1995/96 mövsümlərində 4 belə hadisə yaşanıb. Son 5 mövsümdə isə bunu bacaran olmayıb. Premyer Liqada sonuncu poker 2014/15 mövsümündə qeydə alınıb. Həmin vaxt AZAL-ın futbolçusu Freddi Mombonqo fərqlənib.

İndiyədək 32 futbolçu poker müəllifi olub. Mütləq rekord Nazim Əliyevə məxsusdur. 4 müxtəlif mövsümdə bunu gerçəkləşdirən hücumçu 3 klubun heyətində fərqlənib. O, “Neftçi”də 2, “Dinamo” və Sumqayıt “Xəzər”ində bir pokerə sevinib.

Samir Ələkbərovla Fazil Pərvərovun hesabında 2 belə oyun olar. Lakin onlar eyni mövsümdə iki poker müəllifi olmaqla rekorda imza atıb. Samir 1992-ci ildə “Neftçi”də, Fazil 1995/96 mövsümündə “Kəpəz”də belə nailiyyət müəllifi olub. Digər 29 oyunçu hərəyə bir görüşdə 4 qol vurub.

Klublara gəlincə, “Kəpəz”in 7 futbolçusu 8 pokerə imza atıb. İkinci göstərici “Neftçi”dədir. Paytaxt klubunda 3 oyunçu ümumilikdə 5 matçda 4 top vurub. “Turan”ın heyətində üç oyunçu hərəyə bir dəfə fərqlənib. Ümumilikdə, 19 komandanın üzvləri pokerə imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31