Ölkə futbolu
"Nefutbolnıy" idarəçilərin "nefutbolnıy" qərarı
2-3 il qabaq Ramazan ayında klublarımızdan biri idman jurnalistlərinə iftar süfrəsi verirdi. Hər kəs orucunu açdıqdan sonra çay süfrəsi arxasında Azərbaycan futbolu ilə bağlı müzakirə getdi. İftar süfrəsi verən klubun rəhbər şəxsləri də stol arxasında idi. Birdən klub prezidenti qayıtdı ki, “mən anlamıram, “ne futbolnıy” adam nə deməkdi ki”. Dərhal cavab verdim ki, “bunun izahı çox sadədi. Siz heç vaxt futbol oynamamısınız, amma bu gün klub rəhbərisiniz, siz “ne futbolnıy” adam hesab olunursuz, yanınızdakı şəxs isə keçmiş futbolçudu, yəni o, futbol adamıdı”.
Əslində, mən də o fikirdəyəm ki federasiya/assosiasiya və yaxud klub prezidentinin futbol adamı olması vacib deyil. Şərt o deyil ki, AFFA-nın, yaxud hansısa klubumuzun birinci şəxsi keçmiş futbolçu olsun. Birinci şəxslərin işi pul xərcləmək, yaxud sponsorlar tərəfindən ayrılan büdcəni düzgün formada idarə etməkdi.
Bu gün Premyer Liqamızda mübarizə aparan klub prezidentlərinin əksəri “ne futbolnıy” adamlardı. Amma “ne futbolnıy” adam olmaqlarından daha çox “ne futbolnıy” qərarları təəssüf doğurur.
2-3 gün əvvəl xəbər yayıldı ki, “Keşlə” baş məşqçi Tərlan Əhmədovla yollarını ayırdı. Müşahidə Şurası Tərlan Əhmədovla müqavilənin uzadılmamasına qərar verib. Bu qərarı şərh etmədən öncə “Keşlə”nin Müşahidə Şurasının üzvlərinə diqqət edək. Klubun rəsmi saytında qeyd olunur ki, İdarə Heyətinin sədri Zaur Axundovdur.
Elşan Abasov İdarə Heyətinin sədrinin müavini, Rövşən Mirzəyev İdarə Heyətinin sədrinin müşaviri, Elmar Qafarov isə İdarə Heyətinin üzvüdür. İdarə Heyətinin sədrinin müavini ilə İdarə Heyətinin sədrinin müşaviri arasında hansı fərq olması bir ayrı mövzudu. Bildiyim qədəri ilə adıçəkilən 4 nəfərin heç biri keçmişdə futbolla peşəkar səviyyədə məşğul olmayıblar. Bir sözlə, “Keşlə”nin İdarə Heyəti “ne futbolnıy” adamlardan ibarətdi. Elə baş məşqçi məsələsi ilə bağlı verilən qərar da məhz “ne futbolnıy” adamlara yaraşan tərzdə idi.
Harda görünüb ki, baş məşqçi müsahibə verir, gələcək planlarından, reallaşdırmaq istədiyi transferlərdən danışır və 40 dəqiqə sonra istefaya göndərilir.
Harda görünüb ki, ölkə çempionatının startına 13, Avroliqanın başlanması isə 19 gün qalmış baş məşqçi ilə yollar ayrıla. Bu, hansı məntiqə sığır? “Keşlə”nin rəsmi saytında bu istefa ilə bağlı yer alan xəbərdə Tərlan Əhmədovun istefasının səbəbi göstərilməməsi bir yana, klubda çalışdığı müddətdəki fəaliyyətinə görə ona 1 cümlə ilə belə təşəkkür edilmir. “Keşlə”nin Müşahidə Şurası nə bəhanə gətirir gətirsin, fərq etməz, birmənalı şəkildə söyləmək olar ki, Tərlan Əhmədovun klubdan göndərilməsi yanlış qərardı. Komanda Əhmədovun rəhbərliyi altında mövsümü bürünc medalla başa vurdu. Bu heyətlə, bu büdcə ilə baş məşqçi postunda Tərlan Əhmədov yox, lap Mourinyo, Klopp da olsaydı, üçüncü yerdən yüksək pillə qeyri-mümkün idi. Yəni Tərlan Əhmədov ötən mövsüm maksimum nəticəyə imza atdı. Bu halda hansı mənqitlə klubdan göndərilir? Yaxud klubdan göndəriləcəkdisə, niyə bu qərar mövsüm yekunlaşan kimi deyil, yeni mövsümün, Avroliqanın startına sayılı günlər qalmış qəbul olundu?
Belə görünür ki, Tərlan Əhmədovun əlinin duzu yoxdu. “Neftçi”ni Avroliqaya çıxardı, klubdan göndərildi, “Keşlə”yə bürünc medal qazandırdı, yenə klubdan göndərildi. Kim nə deyir desin, Tərlan Əhmədovun istefaya göndərilməsi yanlışdı və heç bir məntiqə sığmır. Kimin kiminləsə prinsipi ola bilər. Amma bu, əsas vermir ki mövsümün startına sayılı günlər qalmış bürünc medal qazandırmış, komandanı qarşıdakı çempionata hazırlaşdırmış məşqçi klubdan göndərilsin. Tərlan Əhmədovla şəxsi prinsipləri olanlar bu qərarı toy-bayrama çeviriblər. Amma “Keşlə”nin qazandığı bürünc medalı Tərlan Əhmədovun deyil, başqalarının adına yazmaq həyasızlıqdan başqa bir şey deyil. Ağa qara deməklə qara olmur. Görək Tərlan Əhmədovsuz “Keşlə” nə edəcək? Komanda Avroliqada ilk mərhələdəcə mübarizəni dayandırsa, növbəti mövsüm 2 il əvvəlki kimi autsayder olsa, yenə də “Tərlan Əhmədovun göndərilməsi düz qərar idi” deyə biləcəksiz?
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























