30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

"Neftçi" 160 min avroluq təklifi geri çevirən iranlı hücumçunu transfer edir?

İran millisinin və "Persepolis"in futbolçusu Ali Alipour karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

İddiaya görə, "ağ-qaralar" oyunçuya bir mövsüm üçün 300 000 avro maaş təklif edib. Lakin bu, inandırıcı rəqəm deyil.

Alipoura daha əvvəl Macarıstandan təklif olsa da, tərəflər şəxsi müqavilə şərtlərində razılığa gələ bilməyiblər. İranlı futbolçu illik 160 min avroluq təklifi geri çevirib.

Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31