Ölkə futbolu
De Byazinin təyinatına sözardı
Dünən milli komandamızın yeni baş məşqçisinin adı məlum oldu. Bu, Canluici de Byazidir. İtaliyalı mütəxəssis dünya futbolunda daha əvvəl yığmamızı çalışdırmış Karlos Alberto Torres, Berti Foqts kimi tanınmış sima olmasa da, son illər işi ilə adından söz etdirə bilib. Dünya futbolu onu böyük ölçüdə 2016-cı ildə Albaniya millisində qazandığı uğurla tanıyıb...
CİANNİ DE BYAZİ KİMDİ?
Peşəkar futbolçu karyerasına “Trevizo”da başlayıb. Futbolçu kimi ən böyük uğuru “İnter”ə transfer olan Cianni əsasən “Breşiya” və “Palermo” kimi ortabablarda daha çox forma geyib. Məşqçi karyerası ərzində SPAL, “Modena”, “Breşiya”, “Torino”, “Levante”, “Udineze”ni çalışdıran 64 yaşlı mütəxəssis 4 il əvvəl Albaniya yığmasının sükanı arxasında ən böyük uğuruna imza atıb.
Fransada keçirilən qitə birinciliyinin seçmə mərhələsinin püşk atmasından sonra 5 ölkənin yer aldığı I qrupda kağız üzərində hər şey aydın idi. Gələcək qitə çempionu Portuqaliya qrupun favoriti idi, Danimarka və Serbiya ikinci kimi birbaşa Avro-2016-ya vəsiqə qazanmaq uğrunda yarışacaqdılar. Bu mübarizədən məğlub ayrılacaq tərəfin qrup üçüncüsü kimi pley-off qarşılaşmalarına qatılacağı ehtimal olunurdu. Albaniya və Ermənistana isə qrupun aşkar autsayderi gözü ilə baxılırdı. Lakin tsiklin ilk oyununda Byazinin komandası səfərdə Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlməklə sensasiyaya imza atdı. Ardınca Danimarka Albaniya səfərindən yalnız sona 9 dəqiqə qalmış vurduğu qol sayəsində 1 xalla qayıda bildi. Serblər üzərində texniki, ermənilər üzərində isə əzmkar qələbədən sonra Albaniya ilk dövrəni 10 xalla başa vurdu. Ardınca Byazini yetirmələri Danimarka səfərindən də heç-heçə ilə (0:0) qayıtmaqla Avro-2016-ya bir qədər də yaxınlaşdılar. Lakin sonradan komanda Portuqaliya və Serbiyaya uduzsa da, son turda Yerevanda erməniləri darmadağın etməklə Albaniya yığması 14 xalla Danimarka, Serbiya və Ermənistanı geridə qoyaraq qrupda ikinci yeri tutdu və tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı.
Məşqçi kimi qitə birinciliyinə yollanmaq hələlik de Byazinin 18 yaşında başladığı futbol karyerasının ən yüksək zirvəsidir. Fransadakı Avropa çempionatında A qrupunda yer alan albanların rəqibləri kifayət qədər güclü idi: meydan sahibi Fransa, İsveçrə və Rumıniya. İlk matçda İsveçrəyə erkən qolla uduzan albanlar növbəti turda Fransa qarşısında 90 dəqiqə ərzində qapılarını toxunulmaz saxlasalar da, yenilgidən qaçmaq mümkün olmadı. Son turda isə Byazinin komandası Rumıniyanı məğlub etməklə (1:0) tarixində ilk dəfə qatıldığı Avropa çempionatında həm də birinci qələbəsini qazandı.
SEÇİM DÜZGÜNDÜ
Təbii ki, indiki məqamda de Byazinin təyinatının nə qədər uğurlu olub-olmayacağını heç birimiz bilə bilmərik. Amma bəzi məqamlar var ki, onlar seçimin doğru olduğunu düşünməyə əsas verir. Daha əvvəl də qeyd etdik ki, öncəki illərdə milli komandamıza Karlos Alberto Torres, Berti Foqts kimi məşqçilər rəhbərlik edib. Onların təyinatında ad məsələsi mühüm rol oynayıb. Bu dəfə də eyni vəziyyət Roy Kinlə bağlı idi. Məşqçi kimi uğur qazanmasa da, ad olaraq Roy Kin dünya futbolunda kifayət qədər tanınmış simadır. Onun sayəsində Azərbaycan haqda məlumatsız olan sıravi britaniyalı da ölkəmizi tanıyacaqdı. Lakin bu təyinat çətin ki millimizə xeyir verərdi. İcraiyyə Komitəsi də düzgün qərar qəbul edərək, maddi baxımdan “qiymət oxuyan”, üstəlik, Azərbaycana yalnız toplanışdan toplanışa gəlmək fikrində olan britaniyalını nazı ilə çox oynamadı və seçimi de Byazinin lehinə etdi. Maddi baxım demişkən, Albaniya millisində ayına 20 min avro əmək haqqı alan italiyalının yığmamızdakı qazancı da aşağı-yuxarı həmin qədər olacaq ki, bu da demək olar yığmamızın sabiq çalışdırıcılar - Qurban Qurbanov və Nikola Yurçeviçin aylıq əmək haqqısı ilə eynidir.
İcraiyyə Komitəsindən söz düşmüşkən, adətən bu qurumun toplantılarının formal xarakter daşıdığı bildirilir. Qeyd olunur ki, komitə irəli sürülən təklifə yalnız “hə” deməklə kifayətlənir. Lakin yığmamızın çalışdırıcısı ilə bağlı səsvermənin nəticəsi göstərir ki, budəfəki toplantı qızğın müzakirələrə yol açıb. 13 üzvdən yalnız 8-i de Byazinin təyinatını dəstəkləyib...
BİZDƏ DAĞA ÇIXAN LAZIMDI, DAĞDAN ENƏN YOX
2004-cü ildən bu yana Azərbaycan futbolunda bir çox tanınmış məşqçilər çalışıb. Lakin tanınmış mütəxəssislərin demək olar ki, heç biri ölkəmizdə ciddi uğur qazana bilməyiblər: Con Toşak, Karlos Alberto Torres, Berti Foqts, Anatoli Konkov, Rasim Kara, Mustafa Denizli, Bülənt Qorxmaz, Vinfred Şefer, Aleksandr Starkov, Milinko Pantiç, Yuri Syomin və digərləri. Ölkəmizdə çalışana qədər bir çox uğurlara imza atan bu mütəxəssislər Azərbaycana sanki növbəti macəra ardınca gəliblər. Müəyyən qədər ölkəmizdə işləyib, büdcələrini bir qədər də zənginləşdirib gediblər. Əvəzində uğura ac olanlar - Kaxaber Sxadadze, Coko Haciyevski, Cüneyt Biçər, Roman Qriqorçuk kimi mütəxəssislər adlarından söz etdirməyi bacarıblar. Necə deyərlər, Azərbaycan futboluna dağa çıxanlar lazımdı, dağdan enənlər yox. Elə bu nöqteyi-nəzərdən də Roy Kinlə müqayisədə Cianni de Byazinin təyinatı uğurlu seçimdi.
MİLLƏTLƏR LİQASI PRİORİTET OLMAMALIDI!
De Byazinin millimizdəki ilk sınağı Millət Liqasında olacaq. Yığmamız bu yarışda Monteneqro, Kipr və Lüksemburqla eyni qrupda yarışacaq. Əslində, bu turnir italiyalının işinə qiymət vermək baxımından prioritet hesab olunmamalıdı. Çünki Millətlər Liqası bu dəfə bizim üçün böyük önəm kəsb etmir. Ötən yarışda qrup və divizion qalibi olmaqla Avro-2020-yə vəsiqə qazana bilərdiksə, bu dəfə belə bir ehtimal yoxdur. Yəni sadə dildə desək, qrupda birinci və ya sonuncu olmağımız nəyisə dəyişməyəcək. Ona görə düşünürük ki, AFFA rəhbərliyi də de Byazinin qarşısına bu yarışla bağlı hər hansı məqsəd qoymamalıdı. İtaliyalı mütəxəssisə vaxt verilməli və əsas hədəf Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi olmalıdır. Təbii ki, yığmamızın hər oyunda qalib gəlməsini hər birimiz istərik. Lakin bir daha qeyd edək ki, Millətlər Liqasında qrupda birinci olmaqla sonuncu olmaq arasında ciddi fərq yoxdu. Əsas odur ki, de Byazi gələn ilə kimi, növbəti seçmə mərhələyə qədər döyüşkən kollektiv formalaşdırsın. 64 yaşlı mütəxəssisin işinə məhz növbəti seçmə mərhələdə qiymət verilməlidi.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























