Ölkə futbolu
Hansı yetirmədən danışırsız, Tahir bəy?
“Qarabağ”ın prezidenti Tahir Gözəlin hər müsahibəsində xüsusi toxunulası məqam(lar) olur. Ardıcıl 7-ci dəfə çempion olduqdan sonra sualları cavablandıran Tahir Gözəl yenə “ənənəsinə” sadiq qalıb. Yəqin diqqətli oxucular da fikir verib ki, “Qarabağ”ın başqanı hər fürsətdəcə diqqəti maliyyəyə yönəldir. Budəfəki müsahibəsində Ağdam klubunun büdcəsinin azaldılacağını açıqlayan klub prezidenti bunu koronavirusdan tutmuş Moskva bazarlarının bağlı olmasına qədər bir çox səbəblə əlaqələndirib. Hələ ötən il Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Bakıda APOEL-lə oyundan sonra jurnalistlərin yeni transferlə bağlı sualına klub rəhbəri belə cavab vermişdi: “Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik... “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur”.
Hələ o zaman da vurğulamışdıq ki, Tahir Gözəlin bu açıqlaması kifayət qədər təzadlıdır. Birincisi, son illər “Qarabağ” Avropadakı uğurlu çıxışı sayəsində UEFA-dan heç də az olmayan vəsait əldə edir və bu məbləğ klubun 1 illik büdcəsinin böyük bir hissəsini təşkil edir. “Azersun”un Ağdam klubuna ayırdığı məbləğ elə də böyük deyil. Üstəlik də, lap həmin məbləğ böyük olsa belə, Tahir bəyin bundan gileylənməyi düzgün olmaz. Çünki “Azersun” şirkətinin qazandığı vəsait kifayət qədərdir və həmin pulla 1 deyil, yeri gəlsə 5 komanda saxlamaq olar.
Hər fürsətdə maliyyə azlığından gileylənən “Qarabağ”ın rəhbəri gah “AFFA prezidenti Rövnəq Abdullayevdən mükafat gözləyirik” deyir, gah da Azərbaycan ordusunu misal gətirərək, dövlətdən yardım umur...
Tahir Gözəlin budəfəki müsahibəsində başqa bir diqqətçəkən məqam klubun yetirmələri haqda suala verdiyi cavabdır. Maksim Medvedev və Qara Qarayevin adını çəkən klub rəhbəri “Mahir Emreli bizdə inkişaf etdi” deyir. Bu cavab daha çox “başqasının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyə” oxşayır. “Bakı” dağılmasaydı, Mahirin “Qarabağ”da nə işi vardı? Mahiri və onun kimi onlarla futbolçunu yetişdirən “Bakı”nın sayəsində bu gün Emreli “Atletiko”da da olmasa, ən azı “Lans”da oynayardı. Tahir Gözəlin Maksim və Qaranın adını çəkməsi əslində, “saman çöpündən yapışmaqdır”. Çünki özü də yaxşı bilir ki, “Qarabağ” son 10 ildə Azərbaycan futboluna 1 futbolçu belə bəxş etməyib. Son 10 ildə aşağı yaş qrupundan klubun öz yetirməsi olan 1 futbolçu əsas komandaya cəlb olunmayıb. “Qarabağ”ın son mövsümün ikinci yarısı üçün PFL-ə təqdim etdiyi 20 nəfərlik sifariş vərəqəsində Mahirdən savayı, yaşı 25-dən aşağı olan yalnız 2 futbolçu var - İsmayıl İbrahimli və Hacıağa Hacılı. Mahir kimi İsmayıl da “Bakı”nın yetirməsidir. Hacıağanı yetişdirən isə “Qəbələ” olub. Bu yerdə kimsə daha əvvəl icarə əsasında “Sumqayıt”da çıxış edən, qışda “Qarabağ”a qayıdan, Premyer Liqanın son oyunlarda adı iştirak ərizəsinə daxil edən 19 yaşlı qapıçı Nicat Mehbalıyevin adını çəkəcəksə, yanılır, elə o da “Bakı”nın yetirməsidir.
Maksim və Qara 2000-ci illərin əvvəlində yetişib, akademiyaya cəlb olunan türk məşqçilərin sayəsində. Bəs sonra? Sonrası yoxdu Tahir bəy. Bir də onu unutmayın ki, son 10 ildə “Qarabağ” Azərbaycan futboluna heç kimi bəxş etməsə də, 10-a yaxın Azərbaycan futbolunun gələcəyi ola biləcək oyunçunun karyerasına ciddi zərbə vurub. Elə Mahirdən danışarkən adını çəkməyi rəva bilmədiyiniz “Bakı”nın yetirmələrindən Bəxtiyar Soltanov, Namiq Ələsgərov, Şərhiyar Əliyev, Hacı Əhmədov, Vüqar Mustafayev məhz “Qarabağ”da ehtiyatda çürüməklə karyeralarınımn üstündən erkən xətt çəkiblər...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
08.11.2026
07.11.2026
06.11.2026
























