14 Sentyabr 2026, Bazar ertəsi
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi

Ölkə futbolu

“Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə

Azərbaycan kubokunun 1/4 finalında yeni komandalar olmayacaq.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 8 ən yaxşı sırasına yüksələn bütün klublar əvvəllər də 1/4 final həyəcanı yaşayıb.

Onlardan ikisi yubiley uğuruna imza atıb. “Şamaxı” 20-ci, “Sumqayıt” 10-cu dəfə bu raundda iştirak edəcək. 1/4 finalçılar arasında ən yüksək göstərici “Qarabağ”dadır. Ağdam klubu 27-ci dəfə bu mərhələdə oynayacaq. Bununla da bölgə təmsilçisi 33 dəfə belə uğura imza atan “Neftçi” ilə fərqi azaldacaq.

Mərhələnin digər iştirakçılarından “Qəbələ” və “Kəpəz” 17-ci, “Zirə” 11-ci, “Sabah” 7-ci, “Turan Tovuz” 2-ci dəfə 1/4 finalda oynayacaq.

Qeyd edək ki, ümumilikdə 46 komanda yarımfinalın bir addımlığında olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30