31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

FİFA-dan “Səbail”in futbolçusuna 280 min dollarlıq fayda

FİFA “Səbail”in futbolçusu Lema Mabidinin şikayətini təmin edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, konqolu yarımmüdafiəçi 4 il çıxış etdiyi sabiq klubu “Raca Kasablanka”nın (Mərakeş) ona olan borcu ilə bağlı dünyanın ali futbol qurumuna müraciət ünvanlayıb. Mərakeşlilər ona yeni müqavilə təklif etsələr də, o, ötən yay klubu tərk edib.

“Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Bildirdim ki, borcumu ödəməsələr, danışıqlar olmayacaq. Amma onlar pulumu vermədilər” - deyə “Səbail”li oyunçu bildirib.

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir.

Xatırladaq ki, “Səbail” Mabidini bu ilin fevralında transfer edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31