Ölkə futbolu
“Azərbaycanda mövsüm erkən başa vurulmalıdır”
"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov cari mövsümün bərpa olunmasına qarşıdı.
Futbolxeber.az saytının məlumatına görə, 39 yaşlı mütəxəssis sport24.az-a açıqlamasında çempionatın davam edəcəyi təqdirdə Premyer Liqa klublarını gözləyən potensial problemlərə toxunub: “Fasilə çox uzandı. Ona ümid edirdik ki, bir aylıq fasilədən sonra oyunçuların vəziyyətini 3 həftəyə bərpa edə biləcəyik. Ancaq komandalar artıq 2 aydır məşqə çıxmayıblar. May ayının sonuna bir neçə gün qalmışı buraya əlavə etsən, 2,5 ay alınır. Bu isə çox uzun bir fasilədi".
"Kimyaçılar"ın gənc çalışdırıcısının sözlərinə görə, heç vaxt belə bir fasilə olmayıb: “Ən uzun fasilə yayda olur. Avropa yarışlarında iştirak etməyən klublar yeni mövsümün hazırlıqlarına əvvəlkindən 6 həftə sonra başlayır. Yeni mövsümə hazırlıq 6-7 həftə çəkir. Bu müddət ərzində klublar təlim-məşq toplanışları keçirlər ki, bu müddətdə yoxlama matçları oynayırlar. Onlardan birincilər adətən 45 dəqiqə keçir. Və hətta belə hazırlıqdan sonra da baş məşqçilərin əksəriyyəti komandaları üçün ilk 2-3 turunun çətin keçdiyini iddia edirlər. Komandanın təlim-məşq toplanışından sonra özünə gəlməsi üçün məhz bu sayda tur tələb olunur. İndi təsəvvür edin ki, 2,5 aydan sonra passiv ev həyat tərzi keçirən oyunçular 40 dərəcəlik istidə meydana çıxırlar".
Abbasov fikirlərini medalın digər tərəfi ilə də əsaslandırıb: “Mayın 31-də praktiki olaraq bütün futbolçularda müqavilələr başa çatır. Bu mərhələdə müqaviləni yeniləməyi təklif edə bilmərik. Təbii ki, mayın 31-dən sonra bu futbolçular komandamızda oynamaqdan imtina edə bilərlər. Futbolçuların daha bir hissəsi "Sumqayıt" da oynamağa davam edərkən digər klublarla danışıqlara başlaya bilər. Təbii ki, bu, oyunlarının keyfiyyətinə təsir edəcək. Razılaşın ki, burda idman prinsipləri də pozulur. Və başqa bir vacib amil - zədələnmə ehtimalı əhəmiyyətli dərəcədə artacaq. Axı, hər 3 gündən bir hazırlıqsız bir oyunçunu meydandan buraxmaq çox ağır olacaq. Bir futbolçu asanlıqla çox ciddi bir zədə ala və hətta bir illik sıradan çıxa bilər".
39 yaşlı mütəxəssis bu mövsümü tamamlamağı və avqustun ortalarında yeni bir mövsümə start verməyi təklif edir: "Çempionat iyunun sonunda davam edərsə, avqustun əvvəlində başa çatacaq. 2-3 həftə ərzində klublar heyəti də komplekləşdirməli, təlim-məşq toplanışları da təşkil etməli və Avropa yarışlarında da iştirak etməlidi. Bu, sadəcə, mümkün deyil. Buna görə mövsümün bitməsini rəsmi olaraq elan etməyi, yeni futbol ilinin hazırlığına 2 ay vaxt verməyi təklif edirəm ki, yerli klublar həm normal komplektləşsinlər, həm də kondisiyalarını qaydasına salsınlar. Əlbəttə, yekun söz AFFA-nındı. Onlar hansı qərarı verərlərsə, razılaşacağıq. Mən də öz növbəmdə subyektiv fikrimi bildirdim və bunu faktlarla əsaslandırmağa çalışdım".
Abbasov mövqeyini möhkəmləndirmək üçün bir sıra nümunələr də gətirib: "Fransa, Hollandiya, Şotlandiya, Kipr götürün - bu ölkələr riskə getmədi. Rusiya və Türkiyəyə gəlincə, onların mövsümü davam etdirə biləcəkləri fakt deyil. Bundan əlavə, əksər ölkələr artıq kiçik qruplarda məşqlərə başlayıb. Bizdə isə belə geniş imkan olmayacaq - bütün hazırlıq üçün cəmi 20 gün veriləcək. Onların Azərbaycan klublarından daha bir fərqi mövcud müqavilələrdi. Bu ölkələrdə mövsüm sonunda oyunçuların 90% -i müqavilələri bitməyəcək. Yalnız bir neçə oyunçu komandanın sıralarını tərk edəcək. Axı, bizdə belə deyil; demək olar ki, bütün oyunçular müqavilələrini başa vururlar. Və onları sonra motivasiya etmək sadəcə, mümkün olmayacaq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























