Ölkə futbolu
Füzuli Məmmədov: “Qarabağ”ın nəticələrinə fikir vermirik”
Füzuli Məmmədov: “Qarabağ”ın nəticələrinə fikir vermirik”
"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sabah"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- Hesab oyunun asan olduğunu bildirməsin. Çətin matç idi. Əsas da ilk hissədə ağır oldu. Bu cür futbolu gözləyirdik. Uşaqlar tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq. Futbolçular maksimum yaxşı oynadılar. Keçən matç da pis çıxış etməmişdik. Sırf qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxa bilirsən. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Uşaqlara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.
- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?
- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq. Komanda daxilində heç bir problem yoxdur. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdur. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.
- Aqil Məmmədovun durumu necədir?
- Onun yanında idim. Durumu stabildir. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldır. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur.
- 4 qol vurdunuz, amma tribunalarda susqunluq var idi...
- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. “Forza “Neftçi” 90 dəqiqə bizi dəstəklədi.
- Hər dəfə qələbələrdən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı...
- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.
“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: “Azarkeşlər arasında heç bir problemimiz yoxdur. Emin şəxsən “Forza Neftçi”ilə görüşüb, onlar məşqə gəlmişdilər. Onun getməməsi ilə bağlı azarkeşlərə deyilib. “Forza Neftçi” deyib ki, siz qalib gəlin, yanımıza gəlməsəniz də, olar. Eminlə azarkeş arasında şəxsi məsələ idi və qaydasına qoyulub”.
- Ötən tur sizdən əvvəl “Qarabağ” xal itirmişdi və bunu bilərək meydana çıxmışdınız. Onların nəticələri sizə nə dərəcədə təsir edir?
- Heç bir şablon cavab verməyəcəm. “Qarabağ”ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna baxandan sonra uşaqlara deməyə söz tapmırdım. Səhvlər var idi, amma sonlara doğru idi. Ani diqqəsizlik olmuşdu. Komandanın “boşalması” ilə əlaqəsi yox idi. Qol futbolda ən vacib şeydir, rəqibi plandan çıxarır. Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdır. Oyun olduğu zaman nəticə də olacaq. Hazırda çalışdığım komandanın həm hücumda, həm müdafiədə düzgün oynamasıdır. İrəli xətdə keyfiyyətli futbolçularımız var. Amma topu vura bilməyəndə belə hallar yaşanır.
- Keçən turdan sonra qapı xəttində dəyişiklik etməyi düşünürdünüz?
- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədir. Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.
- Aqil Məmmədov milliyə namizədlər siyahısındadır. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu düşünürsüzmü?
- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdir, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























