1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Millimizdən ardıcıl üçüncü qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, komandamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib. Görüş yığmamızın əzmkar qələbəsi ilə başa çatıb. 

34-cü dəqiqədə qapısında qol görən Samir Əliyevin komandası ikinci yarıda oyunda dönüş edə bilib. Əvvəlcə 68-ci dəqiqədə Mustafa Yıldırım, matçın son dəqiqəsində isə Samir Abdullayev fərqlənərək yığmamız 2:1 hesablı qələbə qzzandırıblar. . 

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb. Buna qədər isə U-19 "Alanyaspor" 19 yaşlılardan ibarət komandasına 4:2 hesabı ilə qalib gəlmişdi. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30