28 Aprel 2026, Çərşənbə axşamı
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın müdafiəçisi "Benevento"da?

"Qarabağ"ın futbolçusu Faysal Rerras Ağdam klubundan ayrıla bilər.

Futbolxeber.az saytının məlumatına görə, İtaliya “B” Seriyasının təmsilçisi "Benevento" belçikalı müdafiəçini transfer etmək istəyir.

Bildirilir ki, hazırda “B” Seriyasının lideri sürpriz olmayacağı təqdirdə, növbəti mövsümdən “A” Seriyasında çıxış edəcək. Komanda buna görə yeni mövsüm üçün heyətinə yeni futbolçular cəlb etməyi düşünür.

Xəbərdə 26 yaşlı oyunçunun "Qarabağ"la müqaviləsinin iyunda başa çatacağı vurğulanıb. Ağdam təmsilçisinin  müqaviləni daha bir il uzatmaq imkanı olsa da, klubun bu hüquqdan yararlanmağı planlaşdırmadığı bildirilib. Rerrasla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klublarının da maraqlandığı iddia olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30