5 May 2026, Çərşənbə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi

Ölkə futbolu

Kamran Quliyev: “Baş məşqçi axtarışında deyilik”

“Neftçi”nin prezidenti Kamran Quliyev komandadakı baş məşqçi dəyişikliyi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, CBC Sport kanalına açıqlamasında K.Quliyev Roberto Bordinlə dostcasına ayrıldıqlarını bildirib: “Gedişat ürəkaçan deyildi. Hər şeyi ona izah elədik, gələcək işlərində müvəffəqiyyət arzuladıq. Dostcasına ayrıldıq. Bordin tərəfdən heç bir şərt irəli sürülmədi. Bizim təklif etdiyimiz şərtlərlə razılaşdı”.

“Neftçi”nin prezidenti vurğulayıb ki, hazırda komanda yeni baş məşqçi axtarışında deyil: “Güclü komandamız var, Füzuli müəllim də əlindən gələni edəcək. Daha sonra Müşahidə Şurası, biz bu bardə söhbət edə bilərik. Baş məşqçi axtarışında deyilik. Mövsümün sonuna kimi “Neftçi”ni Füzuli Məmmədov çalışdıracaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31