Ölkə futbolu
"Böyük oyun"u KİÇİLDƏN məqamlar YAZI
İllər öncə "Futbol+"un təşəbbüsü ilə "Böyük oyun" adını alan "Xəzər Lənkəran" - "Neftçi" qarşıdurmasının növbəti hissəsi Lənkəranda baş tutdu. Amma budəfəki "Böyük oyun" meydandakı deyil, meydandan kənardakı hadisələri ilə gündəmi zəbt etdi. Bazar günü baş verən hadisələrlə bağlı artıq hər kəs fikrini bildirib. Hətta adi vaxtlarda futbolla maraqlanmayan, amma indi özünü mütəxəssis kimi ictimaiyyətə sırıyan insanlar da.
Gözü dönmüş azarkeşlərin haqlı olub-olmadığını demək çətindir. Yəqin ki özlərinə görə onların da arqumentləri var. Bu hadisələri pisləyək, yoxsa tərifləyək? Əlbəttə, baş vermiş xoşagəlməz olayları tərifləmək, həmin insanlara haqq qazandırmaq fikrində deyiləm. Amma o fikirlə də razıyam ki, bu prosesin əsası hələ mayın 28-də qoyulmuşdu. Həmin vaxt meydanda baş verən özbaşnalıq Lənkəran hadisələrinə gətirib çıxardı. Odur ki, bu gün yaxasını kənara çəkənlər də əlini daşın altına qoymalıdı.
Bu gün əksəriyyət Lənkəran camaatını qınayır. Amma "Neftçi" də bu olaydan yaxasını kənara çəkə bilməz. Götürək Tərlan Əhmədovun oyundan sonra verdiyi açıqlamanı. Əhmədov deyir ki, Mahir Şükürovu, ümumilikdə "Neftçi"ni söyənlərin ata-anası bəlli deyil. Bu isə əməlli başdı "quş"du. Kim təminat verə bilər ki, sabah həmin o Tərlan Əhmədovun təbirincə desək, "atası-anası bəlli olmayan" azarkeş növbəti Lənkəran səfərində Əhmədova cavab verməyəcək? Deməli, Tərlan Əhmədov bir qırğın başa çatmamış artıq növbəti qırğının təməlini qoyur. Bu gün 90 dəqiqə Mahiri təhqir edənlər sabah da Tərlanı eyni günə qoyacaqlar. Buna görə lənkəranlı azarkeşi qınamaq lazım deyil. Kim olsa edər. Kiməsə desən ki, sənin atan, ana bəlli deyil, durar səni söyər, hələ daha artığını edər. Qəribəsi odur ki, Əhmədov kimi "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov da məşqçinin dediklərini təkrar edib. Əslində, bunda qeyri-adi heç nə yoxdur. Onsuz da "Neftçi"də hamı bir havaya oynayır. Bir klubun ki baş məşqçisi (baş məşqçi əvəzi olsa belə) müsahibə verməmişdən öncə "mətbuat xidmətindən icazə alın" deyirsə, daha nə gözləyəsən? Halbuki məşqçi işləyən zamanı Əhmədov daim müsahibədən imtina etmirdi. Əhmədovu bu vaxta kimi pis insan kimi tanımamışıq. Amma fakt budur ki, Əhmədov həmin günü nəyi var səhv edib və indi də bu səhvi düzəltməlidir. Əks halda, növbəti Lənkəran səfəri yaxşı heç nə vəd etmir. Əmn azından onun üçün. Həm də Əhmədov anlamalıdır ki, azarkeşin futbolçunu söyməsi normal haldı. Bu, bütün dünyada belədi. Demirik ki, bu yaxşı haldı. Əsla, amma futbolun da yazılmamış qanunudur. "Şükrü Saracoğlu"da 55 min azarkeşin hamısı bir ağızdan - böyüyü, kiçiyi, uşağı, hətta qadını belə Ardananın anasını 90 dəqiqə ərzində söydülər. Amma nə "Qalatasaray"ın baş məşqçisi, nə də vitse-prezidenti çıxıb demədi ki, "Fənər"li azarkeşlərin atası-anası bəlli deyil...
"Böyük oyun"da baş verənlər yaddan çıxmamış bu gün axşam saatlarında saytları Tahir Süleymanovla Tuyqun Nadirovun deyişməsi bəzədi. Hər ikisi özünü haqlı çıxarmağa çalışır. Amma Süleymanovun açıqlamalarına toxunmamaq olmur. Birincisi, Süleymanov şəxsən özü bəndənizə verdiyi açıqlamada demişdi ki, bizim rəsmi fan-klubumuz yoxdur, heç bir fan-klubu maliyyələşdirmirik, Lənkərana da azarkeş aparmayacağıq və s. və i.a. Amma indi durub azarkeş söhbəti edir. İndi bunu necə başa düşək? Axı, sizin dedikləriniz üst-üstə düşmür, Tahir bəy. Bir də ki hər addımbaşı "Neftçi"nin son 3 ildə qazandığı çempionluqları, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını gözümüzə soxmayın. Uğur qazanmaq, Azərbaycanın adını Avropada ucaltmaq hər bir klubun borcudur. Bizə minnət qoymayın. Bəs, komandanın bu il özündən qat-qat zəif "Skenderbeu" məğlubiyyətini kimin ayağına yazaq? Məgər, onda siz klubun vitse-prezidenti deyildiniz?
Uzun sözün qısası, bu xəmir hələ çox su aparacaq deyəsən.
Elman MƏHƏRRƏMOV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























