Ölkə futbolu
Premyer Liqanın IV turuna baxış: "Qəbələ"nin barıtı 2 atımlıq imiş...
Premyer Liqada 2013/14 mövsümünün artıq dördüncü turunun oyunları da geridə qaldı. Futbolxeber.az saytı ənənəsinə sadiq qalaraq, turun oyunlarının qısa icmalını təqdim edir. Həmçinin həftənin ən yaxşı oyunçusu və baş məşqçisini seçib, eləcə də digər maraqlı məqamları fərqləndirəcəyik.
AZAL - "SUMQAYIT" 1:0
İlk turda "Neftçi"yə böyükhesablı yenilgidən sonra çoxları AZAL-ı hesabdan silmişdi. Amma turlar keçdikcə Vaqif Sadıqovun komandası uğurlu nəticələr əldə etməkdə davam edir. Komanda artıq üçüncü pillədə qərarlaşıb. Təbii ki, bu uğurda baş məşqçi Vaqif Sadıqovun əməyi danılmazdı. "Sumqayıt"la matça gəldikdə isə komanda 3 xalı tək qolla qazandı. Ötən tur "Qəbələ"ni məğlub edən Sumqayıt təmsilçisi isə bu dəfə aldığı qırmızı vərəqələrlə diqqəti cəlb etdi. Bu isə komandada nizam-intizamın aşağı səviyyədə olduğunu göstərir. Bu gedişlə komanda yenə də Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq.
"SİMURQ" - "BAKI" 0:3
"Bakı" ardıcıl ikinci qələbəsini qazandı. Komanda bu dəfə də böyükhesablı qələbə ilə istəyinə çatdı. Artıq Milinko Pantiçin işi göz önündədir. Bu gedişlə "Bakı" son illərdəki uğursuzluğunu unutdura biləcək. Komandada yalnız hücum xəttində axsama görünür. Marius Pena və Rauf Əliyev hələ ki etimadı doğrulda bilmirlər. "Simurq"a gəldikdə isə, ardıcıl ikinci yenilgi hazırki Zaqatala təmsilçisinin ötənilki komandadan zəif olduğunu göstərir.
"QƏBƏLƏ" - "QARABAĞ" 0:1
Bu matçda gözlənilməz nəticə qeydə alındı. Əlbəttə, cari mövsümdə "Qarabağ"ın güclü olduğu hər kəsə məlumdur. Amma məsələ ondadır ki, Ağdam klubu səfərə heç də ideal heyətlə yollanmamışdı. Baş məşqçi Qurban Qurbanov səfər 10 əsas heyət üzvünü aparmamışdı. Amma onların yoxluğunda belə, "Qarabağ" səfərdən 3 xalla dönməyi bacardı. "Qəbələ"nin oyununda isə eniş hiss olunur. Ardıcıl ikinci yenilgi komandanın iddiasını şübhə altına salır.
"XƏZƏR LƏNKƏRAN" - "NEFTÇİ" 0:0
Daha çox meydandan kənar hadisələri ilə gündəmi zəbt edən "Böyük oyun"da qol görmək azarkeşlərə nəsib olmadı. Üstünlük meydan sahiblərinin tərəfində olsa da, Stamenkoviçin uğurlu oyunu, bəxt və Nildonun qol epizodlarını sağa-sola xərcləməsi lənkəranlıların qol və qələbə arzusunu gözündə qoydu.
"RƏVAN" - "İNTER" 1:5
"Bayıl Arena"da baş tutan matç "Rəvan"ın ardıcıl ikinci darmadağını ilə yadda qaldı. Komanda artıq 5 qol buraxmağa öyrəşib. Ötən həftə də qeyd etdiyimiz kimi, "Rəvan" hazırda çempionatın aşkar autsayderidir və bu gedişlə çətin ki Premyer Liqadakı yerini qorusun. "İnter" isə nəhayət ki uğursuz gedişə "dur" deyə bildi. Komandanın qələbəsində isə baş məşqçi Kaxaber Tsxadadzenin oğlu Baçananın böyük rolu oldu. 3 dəfə rəqib qapısına yol tapan kiçik Tsxadadze bununla da mövsümün ilk het-trikini rəsmiləşdirdi.
TURUN OYUNÇUSU: Vüqar Nadirov ("Qarabağ")
TURUN MƏŞQÇİSİ: Milinko Pantiç ("Bakı")
TURUN MESAJI: "Bu hələ başlanğıcdır!" (Milinko Pantiç, "Bakı")
TURUN HAKİMİ: Fariz Yusifov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























