17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

"Simurq" məşqlərə başladı

Premyer Liqanın IV turunda "Şəfa" stadionunda "Bakı"ya məğlub olan "Simurq" növbəti oyunun hazırlıqlarına start verib. Futbolxeber.az-ın məlumatına görə, "Simurq" bir günlük istirahətdən sonra "Bayıl Arena"da bu gün ilk məşqinə çıxıb. İki saata yaxın davam edən hazırlıq prosesində baş məşqçi Georgi Çixradze yetirmələrini iki qrupa bölüb. Paytaxt təmsilçisi ilə görüşdə forma geyinmiş futbolçular komandadan ayrı çalışıb. Onlar yüngül məsafəli qaçış və isinmə hərəkətlərindən sonra məşqi tamamlayıb. Digər qrup isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında tapşırıqları yerinə yetirdikdən sonra, məşqin taktiki təmrinlərdən ibarət hissəsinə keçiblər. Baş məşqçi Georgi Çixradzenin nəzarəti altında künçlərdən asmalar və onların qapanması yerinə yetirilib. Sonda isə kiçik qapılarda ikitərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.  
Qeyd edək ki, Zaqatala şəhər stadionunun yenidənqurma işlərinin hələdə tamamlanmadığından komandamız oyunlara hazırlığı Bakıda keçirir. Sabahda "sarı-qaralar" növbəti məşqinə çıxacaq. "Simurq" yeni ayın ilk günündə Premyer Liqanın V turu çərçivəsində "Şəfa" stadionunda "İnter"in qonağı olacaq. 
 

simurqpfk.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31