17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

DİN Lənkəran olayları ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi avqustun 25-də Lənkəran şəhərində baş vermiş qarşıdurma ilə bağlı məlumat yayıb. Nazirliyin saytının yaydığı məlumata görə, Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.
Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilib. Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilib.
İctimai asayişi qorumağa cəlb edilmiş DİN əməkdaşlarından 6 nəfəri xəsarət alıb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31