8 Aprel 2025, Çərşənbə axşamı
Cavadov: "Oyuna pis başladıq"
Baxşıyev: “Ağır oyun alındı”
“İnanıram ki, hədəfimizə çatacağıq”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

UEFA reytinqində geriləmənin nəticəsi: kubokun da qalibi də I mərhələdən başlayacaq

Avrokubokların 2020/21 mövsümü üçün komandaların ölkələr üzrə bölgüsü açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanı qitəmiqyaslı yarışlarda təmsil edəcək klubların 4-ü də mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Premyer Liqanın qalibi Çempionlar Liqasının ilk raundundan, 2-ci və 3-cü yerin sahibləri isə Avropa Liqasının I təsnifat mərhələsindən start verəcək.

Ötən mövsüm II raunddan başlayan kubok qalibi də I mərhələdə oynamalıdı. Bu, ölkənin UEFA reytinqində geriləməsi ilə baş verib. 2018-ci ilin yayında UEFA-nın reytinqində 23-cü yerdə olan Azərbaycan klubların mövsümü uğursuz keçirməsi səbəbilə 3 pillə geriləyərək, 26-cı sıraya düşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30