5 Noyabr 2026, Cümə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

AFFA-dan Təmkinə sərt cəza

AFFA İntizam Komitəsi "Sabah"ın futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, futbolçunun Azərbaycan Premyer Liqasının 8-ci turunda "Keşlə" ilə matçdan sonra hakimə fiziki təsir göstərməyə cəhd etməsi buna səbəb olub.

T.Xəlilzadəyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edildiyi və 3 ay sınaq müddəti verildiyi vurğulanıb. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsinin qüvvəyə minəcəyi qeyd olunub.

Bundan başqa, "Sabah" T.Xəlilzadənin etdiyi hərəkətə görə 4 min manat məbləğində cərimələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30