13 Sentyabr 2025, Şənbə
“Mövzuya bir daha qayıtmayacağam”
"Səbail" qələbə ilə başladı
Elmar Baxşıyevdən qələbə şərhi
"Səbail"dən hücumçu transferi

Ölkə futbolu

“Səbail”də yeni rekordçu

Fəhmin Muradbəyli “Səbail”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Futbolxeber.az saytının məlumatına görə, bu, mövsümün VIII turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib.

“ASCO Arena”dakı qarşılaşma yarımmüdafiəçinin “Səbail”in heyətində 44-cü çempionat matçı olub. Fəhmin bununla da klubun formasını 43 dəfə geyinən Maudo Jarjueni arxada qoyub.

Qeyd edək ki, Fəhmin “Səbail”də 3-cü mövsümünü keçirir. O, komandasının Premyer Liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30