Ölkə futbolu
“Qurban Qurbanov millimizə ən layiqli namizədlərdəndir”
AFFA İcraiyyə Komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Lent.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Berti Foqtsun millimizin baş məşqçisi kimi müqaviləsi başa çatır. Sizcə, onu kim əvəzləyə bilər?
- Məncə, bu gün yerli mütəxəssislərimizə daha çox yer verməli, şərait yaratmalıyıq ki, onlar futbolumuzu daha irəli apara bilsinlər. Söhbət milli komandalarımızdan gedir. Klubların işinə qarışa bilmərik. Onlar hansı sistemin özlərinə yaxın olduqlarını görürlər.
- AFFA İcraiyyə Komitəsində mövqeyinizi dəstəkləyənlər var?
- Belə bir müzakirə olmayıb. Olarsa, yəqin ki, dəstəkləyən olar. Mən onlardan soruşmamışam və müzakirə də etməmişik.
- Sizin mövqeyinizi həm də Gənclər və İdman Nazirliyinin rəsmisi kimi hökumətin də mövqeyi hesab etmək olar?
- Bu, mənim şəxsi mövqeyimdir. Uşaq-Gənclər Futbolu Federasiyasının prezidenti olmağımla yanaşı, adi bir insan, azarkeş. Futbolumuzun inkişafını istəyən biri kimi belə düşünürəm.
- Bəs Sizcə, AFFA rəhbərliyi təklifinizə dəstək verə bilər?
- Hərənin öz fikri var. Amma məncə, məsələ qalxsa, əlbəttə, AFFA rəhbərliyi də dəstək verə bilər. Burada qeyri-adi bir şey yoxdur. Yenilik də təklif etmirəm. Bu, daim insanların ürəyindən gələn arzu, istəkdir. Ona görə də bu, qəbul olunandır. Söhbət milliyə yerli məşqçilərin gətirilməsindən gedir. Artıq aşağı yaş qruplarından ibarət yığmalarımızda gənc mütəxəssislərimiz çalışırlar. Bunlar yetişmiş, formalaşmış məşqçilərdir. Bu gün onları öz yığmalarımızın rəhbərliyində görürəm.
- Bəs Qurban Qurbanovu nə dərəcədə layiqli sayırsınız?
- Onun işi göz qabağındadır. Gördüyü işi insanlar bəyənirlər. 2 gün öncə “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə keçirdiyi Avropa Liqasının ilk “pley-off” matçında Tofiq Bəhramov adına Respublika stadionunda boş yer yox idi. Hamı stadiona qələbə əzmi ilə gəlmişdi. Aydındır ki, rəqib çox güclü idi. Dünənin, bu günün komandası yox, dünyada şöhrət qazanmış klub idi. “Qarabağ” uduzsa da, tamaşaçılar razılıqla getdilər. Komandamız müqavimət göstərdi, oyun sərgilədi. Bunların hamısı Qurbanovun əməyi nəticəsində ərsəyə gəlmişdi. Bu səbəbdən, hesab edirəm ki, onun millimizə baş məşqçi təyin olunması daha məqsədəuyğundur. Elə mütəxəssislər də Qurban müəllimi daha yüksək qiymətləndirirlər. Fikrimcə, o, əsas namizədlərdən biridir. Amma başqa namizədlər də ola bilər.
- Yığmaya baş məşqçi təyin olunsa, Qurbanovun klubdakı işi necə olacaq?
- Bunu mən deyə bilmərəm. Ola bilər ki, klubda da qalsın. Belə təcrübə dünya futbolunda da var. Bizdə də ola bilər. Məncə, “Qarabağ”da işləyə-işləyə millinin də baş məşqçisi olması daha yaxşıdır.
- Fatih Terim kimi?
- Bəli. Çox düzgün müqayisədir.
- Danışıqlar nə zaman başlana bilər?
- Yalnız Foqstun AFFA ilə müqaviləsi bitdiyi ərəfədə və ya bitdikdən sonra.
- Yerli məşqçilərin daha münasib olduğunu dediniz. Elə isə 5 ildir niyə əcnəbi mütəxəssisə üstünlük verilir?
- O da bir təcrübə idi. Bizim ehtiyacımız var idi ki, xarici mütəxəssis dəvət edək, onun da təcrübəsindən yararlanaq. Bu gün futbolda böyük sistem yaradılıb və nəticəsini yaxınlarda görəcəyik. Bəziləri qısa müddətdə yüksək səviyyəli futbolçuların yetişməsini istəyir. Elə deyil. Bu gün uşaq futbol liqaları yaradılıb, müəyyən qədər formalaşıb, komandalara cəlb edilməkdədirlər. Bu yaxınlarda Premyer Liqa və I divizionda legioner sayını azaltmağa qərar vermişik. Bu isə yerli oyunçuların yetişməsindən və onların peşəkar komandalara cəlbinə hazır olmağımızdan xəbər verir. Artıq 21 yaşadək 2 futbolçunun 2014-2015-ci il mövsümündən Premyer Liqa klublarının əsas heyətində oynamalarına dair qərar qəbul etmişik. 5 il öncə bunları etsəydik, bütün klublar “Belə futbolçular yoxdur” deyə bizim üzümüzə qayıdardılar. Lakin bu gün belə futbolçular və onların arasından seçim aparmaq imkanı var.
- Digər yerli, amma təcrübəli mütəxəssislər vaxtilə millimizin baş məşqçisi olublar. Onların işi elə də yüksək səviyyədə alınmayıb. Bu baxımdan, yeni mütəxəssisin təyinatı realdır?
- Qurban Qurbanov indiyədək millimizin baş məşqçisi olmasa da, oynayıb. Bu səbəbdən, Qurbanovun nəfəsi yığmaya xaricdən gətirilən, amma futbolumuza bələd olmayandan daha çox xeyir verə bilər. Bir daha deyirəm: Qurbanov milliyə əsas namizədlərdən biridir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























