30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

Samir Abasov “Zirə”dən ayrıldı

Bu gün “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin nəticəsində qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” Samir Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Abasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır.

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31