9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Ümit Ozat "Sabah" barədə: "Danışığımız olub"

Son günlər adı "Sabah"la hallanan türkiyəli məşqçi Ümit Ozat məsələyə aydınlıq gətirib.

Futbolxeber.az saytının məlumatına görə, o, "Radyospor"a açıqlamasında Bakı klubu ilə danışıq apardığını təsdiqləyib.

Ü.Ozat "Sabah"ı çalışdırmasının mümkünlüyünü qeyd edib: "Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir günə həll olunmur.  "Sabah"la ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdır. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm. "Hatayspor"dan heç bir təklif alamamışam".

Qeyd edək ki, Ü.Ozat son olaraq "Adana Demirspor"u çalışdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31