20 Mart 2026, Cümə
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı

Ölkə futbolu

"Qarabağ"a qarşı çox diqqətli olmalıyıq"

"Məşqçi Mehdi Kirxin yerinə daxil olaraq, təzə qan gətirməyimi istədi, mən də bu işi gördüm. 82-ci dəqiqədə bərabərlik qolunu vurduq və sonradan hesabı 4:3 xeyrimizə dəyişdik və vəziyyəti ələ aldıq. Həqiqətən bu, dəlilik idi. Həyəcan keçirdik. İlk dəfədi ki, bir mövsüm ərzində avrokubokda bu qədər çox çıxış edirəm. Klub üçün tarixi qələb idi və  daha yaxşısını xəyal edə bilməzdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Düdelanj"ın futbolçusu Tibo Leskua Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda APOEL-ə qalib gəldikləri oyun (4:3) barədə danışarkən deyib.

O, növbəti turda qarşılaşacaqları "Qarabağ"la matç haqda da danışıb. "APOEL-lə oyunda tirəcək heç nəyimiz yox idi. Geridönüş etmək çətin idi. "Sevilya"ya nisbətən daha az tanınmasına baxmayaraq, "Qarabağ"a qarşı  çox diqqətli olmalıyıq".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31