Ölkə futbolu
Məşqçisinin açıqlaması ilə rəzil olan “Sabah” (QEYD)
Dünən Azərbaycan Premyer Liqasında beşinci tura start verildi. Sumqayıtda keçirilən turun açılış matçında meydan sahibləri “Sabah”ı məğlub etdi. Bununla da paytaxt klubu 5-ci oyunda da qələbə üzünə həsrət qaldı. Bu məğlubiyyətlə “Sabah”ın nəinki bu, hətta növbəti turu da turnir cədvəlinin zirzəmisində başa vuracağı dəqiqləşdi. 5 oyuna cəmi 2 xal yığan “Sabah” dövrənin son 2 oyununda turnir cədvəlində ilk 2 yeri tutan “Qarabağ” və “Səbail”lə üz-üzə gələcək ki, komandanın bu görüşlərdə qələbə qazanacağı inandırıcı deyil.
Əslində, əvvəlki yazılarımızda da “Sabah”ın çıxışının çox aşağı səviyyədə olduğunu qeyd etmişdik. Amma “Sumqayıt”la oyun göstərdi ki, “Qəbələ”dən fərqli olaraq “Sabah”ın problemi tək baş məşqçi ilə bağlı deyil. Elşad Əhmədov vəzifəsindən getsə də, komanda yenə də uduzdu. Baş məşqçi əvəzi Rövşən Babayev də “Sabah”ı bu ağır durumdan çıxarda bilmədi.
“Sabah”ın zəif oyunu, uduzması artıq adi hal alıb. Əsas diqqətçəkən məqam Rövşən Babayevin oyunsonrası mətbuat konfransında səsləndirdiyi bir fikir oldu: “Sabah”dakı forvardların problemi odur ki, onların heç biri yüksək səviyyədə futbolçu deyillər”.
Bu açıqlama ilə Rövşən Babayev təkcə həmkarı Elşad Əhmədovun deyil, eləcə də klub rəhbərliyinin əməyinə qiymət verib. Belə çıxır ki, baş məşqçi yayda aşağı səviyyəli futbolçuları bəyənib, klub rəhbərliyi də onları heyətə cəlb edib. Aşağı səviyyəli futbolçunun Avroliqa uğrunda oynayanda komandada nə işi var? “Sabah”ın ilk 5 turdakı nəticələri futbolçuların Rövşən Babayevin verdiyi “aşağı səviyyəli” qiymətinə layiq olduqlarını göstərir. Maraqlıdır, görəsən, klub rəhbərliyi də uğursuz nəticələrə görə sponsorlara hesabat verərkən “forvardların problemi odur ki, onların heç biri yüksək səviyyədə futbolçu deyillər” deyəcəklər? İnandırıcı deyil. Çünki adama deyərlər ki, səviyyəsi yüksək olmayan futbolçunu komandaya niyə götürürdüz ki?
Ötən mövsüm “Sabah”ın “vuran ayağı” Marko Deviç idi. Amma o, yeni mövsümün startına bir neçə gün qalmış komandadan ayrıldı. Elə bu məqamın özü də “Sabah”ın fəaliyyətinin nə dərəcə peşəkar olmasından xəbər verir. Harda görülüb ki, iddialı klubun əsas hücumçusu mövsümün startına sayılı günlər qalmış komandadan ayrılsın? “Ailə vəziyyəti uyğun deyildi”, “Özü istədi” və s. - bütün bunlar sadəcə gülünc bəhanədi. Keçən il Deviçin ailə vəziyyəti uyğun idi, bu il uyğun olmadı?
Göründüyü kimi, “Sabah”ın təkcə oyunu, nəticəsi deyil, idarəçiliyi də istənilən səviyyədə deyil...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
04.11.2026
03.11.2026
























