2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Səbail” - “Qəbələ”: 11-ci duel

Sabah Azərbaycan Premyer Liqasında V tur start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, turun ilk oyun günündə meydana çıxacaq “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Səfərdə oynayacaq “qırmızı-qaralar” mövsümdə 5-ci qarşılaşmasını keçirəcək. Bakıdakı “ASCO Arena” stadionunda baş tutacaq matç iki rəqib arasında 11-ci duel olacaq.

2017-ci ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 8 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kuboku çərçivəsində görüşüblər.

“Qəbələ” bu oyunlarda 6 qələbə qazanıb. 2 dəfə heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. “Qəbələ”nin üstünlüyü top fərqində də əks olunub – 19:10. Baqali Dabo paytaxt təmsilçisini daha çox - 6 dəfə məyus edib. Famussa Kone və Ceyms Adeniyinin hesabında 3 qol var.

Ölkə çempionatlarındakı oyunlarda da “Qəbələ” üstündür. Əvvəlki 8 matçda 4 qələbə qazanan “qırmızı-qaralar” 2 dəfə meydandan bir xalla ayrılıbsa, 2 dəfə uduzub. 14 qol vuran “Qəbələ” futbolçuları 8 top buraxıblar.

Xatırladaq ki, sabah baş tutacaq matç saat 19:45-də başlayacaq (gabalafc.az).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28