14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Ayxan Abasov: “Bizim günümüz deyildi”

"Yeni mövsümdə evdə ilk oyunumuz idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Bizim günümüz deyildi. Çempionat bizim üçün çətin olacaq. Çalışmaq lazımdır. Hesabda geri düşdük, sistemi dəyişdik. Oyunumuz dağıldı. Bu gün fərdi səhvlərimizi çox oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Səbail"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, növbəti tur qarşılaşacaqları "Neftçi"nin favorit olduğunu söyləyib: "Neftçi"də problem görmürəm, çempionluğa oynayırlar. Məğlubiyyəti unudub həmin görüşə hazırlaşmalıyıq. İnamsız danışıram? Nə deyim? Deyim ki, udacağıq? Rəqib çempionluğa oynayır, bu vəziyyətdən çıxacaqlarını düşünürəm. Hər çempionat başlayanda sonuncu yerdə "Sumqayıt"ı görürlər. Ancaq biz də çalışırıq ki, öz sözümüzü deyək".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31