3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

UEFA yenidən "Qarabağ"a qarşı intizam işi açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.

Avropa futbol qurumunun Mətbuat xidmətindən verilən məlumata görə, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.

Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bildirilib ki, bu məsələyə sentyabrın 19-da baxılacaq.

Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini məğlub etsə də (2:1), cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dundalk"ı ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş isə avqustun 22-də nəzərdən keçiriləcək. "Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivi ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30