31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

Dario: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”

“Həftə ərzində oyuna yaxşı hazırlaşmışıq".

Bunu "Neftçi"nin futbolçusu Dario Frederiko İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

28 yaşlı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq”.

Braziliyalı vinger özünün əsas xüsusiyyətlərindən birinin driblinq etmək olduğunu söyləyib. O deyib ki, rəqib yenə qapansa, bu oyununa üstünlük verəcək.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2 (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31