7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Mostovoy: “Arsenal”ın bəxti gətirdi”

Rusiya millisinin və “Spartak”ın sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy Tula “Arsenal”ının Avropa Liqasının ikinci mərhələsinin ilk oyununda “Neftçi”yə məğlubiyyətini (0:1) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o bildirib ki, “Arsenal” pis oynamayıb:

“Neftçi” haqda məlumatımız az idi. Əvvəllər böyük klub olub. İndi isə gördük ki, onlar layiqli oyun nümayiş etdirirlər. Heyətlərində yaxşı legioneləri var”.

Onun fikrincə, Azərbaycan təmsilçisinin növbəti mərhələyə adlamaq şansı daha çoxdur.

“Hesab edirəm ki, “Neftçi”nin üstünlüyü var. “Arsenal”ın bəxti gətirdi ki, top dirəyə dəyəndə ikinci topu buraxmadı. Bu halda vəziyyət daha pis olardı. İndi bizə lazımdır ki, səfərdə bir qol vuraq.  Bu halda vəziyyət bərabərləşəcək”.

Xatırladaq ki, “Neftçi” ilə “Arsenaı” arasında cavab görüşü avqustun 1-i Bakıda olacaq.         

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31