Ölkə futbolu
"Dinamo"nun məşqçisi: "Şansları bərabər hesab edirəm"
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”nin qonağı olacaq Gürcüstanın “Dinamo” (Tiblisi) klubunun məşqçisi Xisko Munyos müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı ispaniyalı mütəxəssis “Qəbələ” ilə keçirəcəkləri oyunlar barədə suallara cavab verib, şansları dəyərləndirib.
- “Enqordani”ylə I mərhələdəki oyunları necə dəyərləndirirsiniz?
- İlk mərhələ üçün yaxşı hazırlaşmışdıq. Evdə yüksək səviyyədə toplanış keçdik. Belə hesabla meydanda da rahat düşünə bilirdik. I mərhələdən məmnun qaldıq. Növbəti rəqibimiz üçün daha çox hazırlaşmalıyıq. Çünki daha çox enerji sərf olunacaq. I mərhələ maksimumuz deyil.
- “Qəbələ” son rəsmi matçını mayın 19-da keçirib. Rəqiblə bağlı məşqçilər korpusu hansısa bilgi əldə edib?
- Bununla bağlı məşqçilər və işçilər dərindən çalışıb. Rəqibin videolarına da baxmışıq. Yeganə problem yaxın zamanda transfer etdikləri azərbaycanlı futbolçulardır. Məncə, bunu da çözəcəyik, yeni transferlərin xüsussiyətlərini araşdıracağıq.
- Şansları bərabər hesab etmişdiniz. Həqiqətən də belə düşünürsünüz?
- Həqiqətən də şansları belə hesab edirəm. Daha güclü və ya zəif komanda olsaydı, belə deməzdim. Bunu “Qəbələ” barədə topladığımız məlumatlara söykənib, deyirəm. Çox çətin oyun olacağına əminəm, lakin futbolçularımıza güvənirik. Bu güvənlik “Dinamo”nun səviyyəsini və nəticələrini gücləndirir. Komanda zehni və fiziki cəhətdən yaxşı durumdadır. Ev matçında çox azarkeşin olması vacib amildir. Qəbələdə hansı hesabın qeydə alınmasından asılı olmayaraq, cavab matçında dəstək gözləyirik.
- “Qəbələ” I təsnifat mərhələsində oynamayıb. Bunun onlar üçün problem olacağını düşünmürsünüz?
- Bunun bizim üçün üstünlük olduğunu düşünmürəm. “Qəbələ” təcrübəli futbolçular transfer edib. Bu, UEFA-nın sistemidir. I mərhələdə oynamalarının vacib olduğunu söyləyə bilmərəm. Futbolçular meydanda var qüvvələrini qoyur, çünki bu, avrokubok oyunudur.
- “Dinamo” son 9 oyunda qalib gəlib. Komandanın inkişafını nədə görürsünüz?
- Komandaya gələndə əsas problem oyun idi. Bu yöndə vəziyyəti düzəltmək üçün zamanımız var idi. Əlbəttə, bu gün hər şey müsbətə doğru dəyişir və ümid verir ki, belə də davam edəcək. Komandada bir neçə güclü futbolçu var. Bu məqamda meydanda taktiki gedişlər və ağıllı oyun planı daha rahat alınır, proses də xoş olur. Bütün bunlara baxmayaraq, çempionatın final hissəsisinin çətin keçəcəyini düşünürəm. Bu anda hər bir futbolçu özünü sübut etmək üçün əsl gücə sahib olacaq.
- “Dinamo”ya yeni futbolçular gəldi. Transferlər komandanın Avropa Liqasındakı oyunları üçündür, yoxsa uzun müddətli planlara görə hesablanır?
- Georgi Kimadze və Nodar Kavtaradze Gürcüstan çempionatında təcrübəyə malik futbolçulardır. Digər transferlərin isə müəyyən zamana ehtiyacı var. Onlara güvənirik. Komandanın hədəflərə çatması üçün onlardan daha artığını alacağımız zamanı gözləyirik. Məqsədimiz Gürcüstan çempionu olmaq, Avropa Liqasında xeyli yol qət etməkdir (erovnuliliga.ge).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























