Ölkə futbolu
İskəndər Cavadov: "İş adamları irəli çıxsalar, AFFA da dəstək olacaq"
“Hər zaman arzulamışam ki, komandalarımız həm Çempionlar Liqasında, həm də Avropa liqasının qrup mərhələsində iştirak etsinlər. Bugünkü təmsilçilərimiz aşağı-yuxarı gözlədiyimiz nəticələri qazanırlar».
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü İskəndər Cavadov Azərbaycanın avrokuboklardakı təmsilçilərinin şanslarını dəyərləndirərkən deyib.
Veteran futbolçunun sözlərinə görə, minimum tələb bir neçə mərhələ keçmək olmalıdır: “Səbail” ilk dəfədir ki, avrokuboklarda iştirak edir. Rəqibi də kifayət qədər güclü və təmsilçimizlə müqayisədə imkanlı klubdur. İlk oyunda mübarizə apardılar, məncə, məğlubiyyətdən qaçmaq olardı. Təcrübəszlik buna mane oldu. “Neftçi” isə demək olar, cütün taleyini səfərdə həll etdi. “Qarabağ”ın qolsuz heç-heçədən sonra doğma meydanda azarkeşlərini sevindirəcəyinə şübhə etmirəm. Ümumi götürdükdə, istənilən rəqiblə duellərin favoriti olmasaq da, ən azı 1-2 mərhələ keçmək minimum tapşırıq, tələbdir".
Cavadov Azərbaycan Premyer Liqasında komanda sayının azlığı ilə bağlı iradlara da münasibət bildirib. O, məsələnin təkcə AFFA-dan deyil, iş adamlarından da asılı olduğunu vurğulayıb: "Aydın məsələdir ki, klublarımız çox işləməli, rəqabəti artırmalı, nəticədə çempionatın səviyyəsi qalxmalıdır. Əlbəttə, yaxşı olardı ki, Premyer Liqada klubların sayı artırılsın. Bununla bağlı tez-tez narazılıqlar səsləndirilir. İcraiyyə Komitəsinin hər iclasında bu məsələ müzakirə olunur. Ancaq məsələ təkcə AFFA-dan asılı deyil. İş adamları bu sahəyə maraq göstərməlidirlər. Federasiya üzərinə düşən öhdəliyi yerinə yetirir və rəhbərlik də maraqlıdır ki, komandaların sayı çox olsun. Mən 14-16 komandalı çempionatın tərəfdarıyam. Bunun üçün isə klubların lisenziya tələblərini yerinə yetirməsi lazımdır. Bəzən bu şərtlərin ağır olduğunu qeyd edirlər. Ancaq lisenziya tələbləri olmasa, komandalar yenə mövsümü yarımçıq dayandıracaq, boşluqlar yaranacaq. Sponsorların, iş adamlarının sinəsini irəli verməsi vacibdir. Bu gün ölkəmizdə futbolu sevən kifayət qədər iş adamı var. Ölkə başçısı da idmanın inkişafı üçün hər cür şərait yaradıb. Onlar irəli çıxsalar, AFFA da dəstək olacaq".
İK üzvü AFFA-nın da köməyini əsirgəmədiyini və mümkün qədər klublara həm maddi, həm də digər sahələrdə dəstək verdiyini söyləyib: "Bundan başqa, infrastrukturu inkişaf etdirir, uşaq futbolu ilə bağlı müxtəlif liqalar təşkil edir, məşqçilərin təhsilini artırması, yeniliklərlə tanış olması istiqamətində işlər görür, hakimliyin səviyyəsinin qalxması üçün müxtəlif layihələr həyata keçirir. Vaxt var idi bütün klublarımız avrokubok oyunlarını bir stadionda keçirirdilər. Çünki UEFA tərəfindən bu cür oyunları qəbul edəcək lisenziyaya sahib başqa stadionumuz olmurdu. İndi kifayət qədərdi. "Bakcell Arena", "Dalğa Arena", Bayıl stadionu istənilən qitəmiqyaslı oyunları qəbul edəcək durumdadır. Deməli, futbolun inkişafında infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi vacib məsələdir. Tək paytaxtla kifayətlənmirik. AFFA-nın xətti ilə regionlarda olan stadionlar təmir edilir. Gəncə şəhər stadionunun ot örtüyü yeniləndi, indi isə stadionun ərazisində yardımçı meydança tikilir. Tovuzda akademiya yaradılır, meydançaların tikintisi üçün tenderlər elan edilir. Ağsuda stadion yenidən quruldu. Ölkənin müxtəlif rayon və şəhərlərində mini-futbol meydançaları salınıb və təmənnasız yerli ictimaiyyətin xidmətinə verilib".
Sonda Cavadov klublara da səslənib: "Kənardan futbol təsərrüfatı çox sadə görünür. Ancaq futbol özü bir elmdir, mürəkkəb idarəçilikdir. Hansısa zavodu qısa müddət ərzində qurub, istehsala başlamaq mümkündür. Bunu futbola aid etmək olmaz. Burada gərək məqsədə doğru addım-addım irəliləyəsən. Nərdivanı pillə-pillə qalxmasan, yıxılmağın an məsələsidir. Yaxşı büdcən varsa və işləri düzgün qurmasan, tez zamanda müflis olacağın qaçılmazdır. Bunun nümunələrini az görməmişik. Legionerlərə ətək-ətək pul xərcələyib uşaq futbolunu görməzlikdən gəldilər. Nə stadion tikdilər, nə uşaq futboluna diqqət yetirdilər. Təbii ki, belə olan halda inkişaf olmayacaqdı. Sonradan AFFA tərəfindən tələblər artdı, lisenziya şərtləri sərtləşdirildi. Bundan sonra müəyyən işlər görməyə başladılar. Klub rəhbərləri məsuliyyətini anlamalıdır. Stadion tikmək AFFA-nın işi deyildi, amma federasiya bunu edir. Klublar infrastrukturu, yetirmələri ilə öyünməli, milliyə dəvət almaları ilə fəxr etməlidirlər. Bu gün futboldan hamı danışır, amma mexanizmi bilmirlər. Bu gün U-10 liqasından başlamış U-19 liqasına, əvəzedicilərin çempionatına qədər yarışlar təşkil edilir. Deməli, meydan var. Qalır klubların bu meydandan öz xeyri üçün istifadə etmələri. Yerli oyunçuları yetişdirməklə, onlara güvənməklə büdcənə də xeyir vermiş olacaqsan. Niyə bizim futbolçular ölkə xaricində oynamırlar? Halbuki hamısının akademiyası, uşaq futbol məktəbi var. Bəs onların illərdi yetişdirdikləri futbolçular hanı? Niyə bu gün millidə rəqabət yaratmaq mümkün olmur. Milli komandaya futbolçu klubdan gəlir. Klub öz yetirməsinə güvənmirsə, onun mütəmadi oynayıb inkişaf etməsindən maraqlı deyilsə, əlbəttə, zərbə milli komandaya dəyəcək. Baş məşqçi seçimi hardan, necə etməlidir? Bu işlər üzərində düşünmək və işləmək lazımdır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
-
13:20
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:58
"Şamaxı"nı Bakı klubuna dəyişdi
-
12:07
Türkiyənin məğlubiyyəti VİDEO
-
11:49
Futzal millimizin baş məşqçisi: “Cəsarətli və əzmkar olmaq lazımdır “
-
11:16
Braziliya millisindən 3 qollu qələbə VİDEO
-
10:34
DÇ-2026: Türkiyə millisi antirekorda imza atdı
-
10:21
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:53
Türkiyə - Paraqvay oyununun ən yaxşısı o seçildi
-
09:05
DÇ-2026: Türkiyədən erkən vida
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
21.06.2026
20.06.2026
19.06.2026























