1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Donald Gerye: “Qarabağ” verdiyi sözə əməl etmədi”

Xəbər verdiyimiz kimi, “Qarabağ” haitili legioneri Donald Gerye ilə yolları ayırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, “Qafqazinfo”ya açıqlama verən təcrübəli yarımmüdafiəçi Ağdam klubundan ayrılmasına münasibət bildirib:
 
“Qarabağ”la müqaviləmi pozdum, çünki onlar verdikləri sözə əməl etmədilər. Biz mənim istədiyim məbləğə razılaşdıq. Kluba dedim ki, əvvəlcədən ödəniş istəyirəm. 5 iyunda müqavilə imzalamadı idik. Onlar müqavilədən öncə pul verəcəklərinə söz verdilər. Amma buna əməl etmədilər. Dedilər ki, Bakıya gəl. 5 iyulda Azərbaycana gələcəkdim. Lakin onlara bildirdim ki, mən ilk ödənişi almadan oraya gəlməyəcəm. Razılaşdığımız kimi olmadığı üçün gəlmədim”.
 
Donald bildirib ki, onun illik müqaviləsi 380 min dollar olmalı imiş: “Müqavilədə nəzərdə tutulan pulun 180 minini əvvəlcədən mənə verməli idilər”.
 
Məsələyə klubun baş məşqçisi Qurban Qurbanov münasibət bildirib: “Pul məsələsi ilə bağlı fikir bildirmək istəmirəm. Amma Donaldla biz burdan gedərkən razılaşmışdıq. Sonradan danışdıq və yenə razılaşdıq. Amma o dediklərinə əməl etmədi. Biz onun bura gələcəyi vaxtı da müəyyən etmişdik. Sonra istədiyimiz kimi olmadı və yolları ayırdıq. Ona uğurlar arzu edirəm”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30