8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Franko Lerda: "Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik"

Çempionlar Liqasının L təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"la heç-heçə edən (0:0) "Partizani"nin baş məşqçisi Franko Lerda fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis komandasından razı qaldığını deyib:
 
"Fərdi şəkildə bizdən üstün olan komanda ilə qarşılaşmada futbolçuların olduqca yaxşı oynaması məni xoşbəxt etdi. Bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Oyundan həzz aldım".
 
- Nəticəni ədalətli sayırsınız?
 
- Onlar da real qol şansı yaratdı, biz də. Rəqib topla daha çox oynadı, amma ən yaxşı durum bizdə idi.
 
- Yeni oyunçulardan məmnunsuz?
 
- Bəli. Brayn Brounla Rron Broxa oyuna əla qoşuldu və bizə dəstək oldular. Tapşırıqları yaxşı yerinə yetirdilər.
 
- Bakıda mərhələ adlamağa ümid edirsiniz?
 
- Bu nəticəyə baxsaq, hər şey açıq qalır. Əlbəttə, Bakıda çox çətin olacaq. Əlimizdən gələni edəcəyik. Uğur qazanacağımıza ümid edirik.
 
- Komandanın hücumlara daha çox futbolçu ilə qoşulması lazım deyil?
 
- Əlbəttə, daha yaxşısını etmək üçün görəcək işlərimiz var. Bu gün topa yaxşı nəzarət edən rəqiblə üz-üzə idik. Bu da işimizi çətinləşdirirdi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31