8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

Villiam Kordeyro: "Qarabağ"ın adından və gücündən qorxmaq..."

"Çempionlar Liqasında debüt etmək bizim üçün xüsusi hadisədi. Komandam kimi, mən də oyuna çox yaxşı motivasiya olunmuşam". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Partizani"nin müdafiəçisi Villiam Kordeyro deyib. Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək.
 
Oyunla bağlı yerli mətbuata açıqlama verən Tirana klubunun yeni transferi iddialı olduqlarını söyləyib. Braziliyalı sağ cinah oyunçusu hədəflərinin mərhələ adlamaq olduğunu vurğulayıb: "Qarabağ"la görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, "Qarabağ" çox güclü komandadı. Ancaq meydan amilindən yararlanıb, ilk oyunda qələbə qazanmalıyıq. Burda müsbət nəticə cavab görüşünə daha rahat çıxmağımıza şərait yaradacaq. İtiriləcək heç nəyimiz yoxdu. "Qarabağ"ın adından və gücündən qorxmaq uğursuzluğa səbəb ola bilər. Bu üzdən rəqibə meydan oxumağa hazırıq".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31