9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

Qurban Qurbanov: "Yaxşı mübarizə apardıq"

“Növbəti yoxlama oyunumuuz keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində bu gün Rumıniyanın “Krayova” klubu ilə keçirilən yoxlama oyunu (0:0) haqda danışarkən deyib.
 
Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının getdikcə daha yaxşı oynayacağını bildirib:  "Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan–oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31