Ölkə futbolu
Platellas: "Avropa Liqasına qələbə ilə başlamaq istəyirik"
"Neftçi”nin yarımmüdafiəçisi Vanqelis Platellas klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Bakıda keçirdiyi yarım ili və təlim-məşq toplanışını dəyərləndirən yunanıstanlı futbolçu azarkeşlərin də dəstəyilə məqsədə çatacaqlarını deyib.
- Artıq yarım ildir "Neftçi”nin şərəfini qoruyursan. Təəssüratların necədir?
- İlk dəfə Azərbaycana gələndə nə ölkəni tanıyırdım, nə dostlarım var idi, nə də dili yaxşı bilirdim. Buna görə də əvvəllər bir az çətinliyim oldu, amma komanda yoldaşlarımın, klubda çalışanların sayəsində tez uyğunlaşa bildim. Artıq bir-birimizi həm meydanda, həm də meydandan kənarda çox yaxşı başa düşürük. Bu da gözəl kollektivimizin olmasından xəbər verir. Bu amillərin hamısı mənim komandaya, çempionata, ölkəyə adaptasiya olmağıma çox kömək etdi. Bura gəlməzdən əvvəl Azərbaycanı, paytaxtı bu cür təsəvvür etmirdim. Amma gəlib görəndən sonra deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Qonaqpərvər millətiniz var. İnsanlar çox gülərüzdülər. Hara gedirəmsə, çox xoş qarşılanıram. Bu da məni çox sevindirir. Deyərdim ki, Bakı Yunanıstanın Saloniki şəhərinə bənzəyir. Bu şəhərlərin oxşarlıqları çoxdur.
- Yeni mövsümə hazırlıq necə gedir?
- Hazırlıq keçdiyimiz baza çox yaxşıdır, hər cür şəraiti var. Oyun və məşq meydançaları yüksək səviyyədədir. Hava şəraiti də yaxşıdır. Məşqlərimiz həm yaxşı, həm də yorğunluq fonunda keçir. Təlim-məşq toplanışında olduğumuz üçün bu da normaldır. Bilməliyik ki, orqanizmimiz neçə faiz hazırdır. Hazırlığı yaxşı qiymətləndirərdim.
- İlk yoxlama oyununda qələbə qazandız...
- Toplanış çərçivəsində ilk sınaq matçımız idi. Şadam ki, qalib gəldik, amma yoxlama görüşlərində nəticə çox vacib olmamalıdır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Hər oyunda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələn dəfə eyni səhvlərə yol verməyək. Yaxşı oyun oldu. Fasilədən sonra gənc futbolçulara da şans verildi. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Bunların hamısı sevindirici haldır.
- Qısa müddətdə azarkeşlərin sevimli futbolçularından birinə çevrildin. Onlara nə demək istərdin?
- Mənim üçün çox xoşdur ki, qısa müddətdə azarkeşlərin rəğbətini qazanmışam, onların sevimlisi olmuşam. Həm azarkeşlərin, həm də klub rəhbərliyinin, "Neftçi”də çalışanların dəstəyini hiss edirəm. Onlara təşəkkürümü bildirirəm. Bizdən çox şey gözləyirlər. Çalışacağıq, onları qələbələrlə sevindirib, etimadı doğruldaq. Qarşıdan Avropa Liqasının oyunları gəlir. Bununla belə, ölkə çempionatına da çox ciddi hazırlaşacağıq. Keçənilki səhvləri təkrarlamayıb, "Neftçi”ni layiq olduğu yerə - çempionluğa gətirməyə çalışacağıq. İstərdim ki, Avropa Liqasına qələbə ilə başlayaq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İnanıram ki, onların da dəstəyi ilə məqsədimizə nail olacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























