Ölkə futbolu
Aleksandr Ribka: "Petrovla Azərbaycana gəlmək variantını müzakirə etdim"
"Səbail"in yeni transferi Oleksandr Rıbka klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı qapıçı əvvəlcə komandaya gəlişindən danışıb.
- “Səbail”ə xoş gəlmisiniz! Burada oynamaq barədə təklif alanda Azərbaycanda çıxış edən əcnəbi futbolçulardan kiminləsə məsləhətləşdinizmi?
- Xoş sözləriniz üçün təşəkkür edirəm. Təbii, təklif gəldikdən sonra məlumat əldə etmək istədim və “Neftçi”nin oyunçusu Kiril Petrovla Azərbaycana gəlmək variantını müzakirə etdim. O, Azərbaycan çempionatı haqqında çox gözəl fikirlər söylədi və məndə xoş təəssüratlar yaratdı. Artıq “Səbail”dəyəm və buna görə məmnunam.
- Buraya gəlmək üçün qərar vermək nə dərəcədə asan oldu? Çoxmu götür-qoy etdiniz?
- Xeyr, təklifi, demək olar ki, tərəddüdsüz müsbət dəyərləndirdim. Çünki artıq klub haqqında müəyyən qədər məlumatım var idi. Məni belə gözəl qarşıladığınıza görə bir daha hər kəsə təşəkkür edirəm.
- Uşaqlıqda futbolla yanaşı, hokkey, tennis və basketbol oynadığınızı bilirik. Hətta 11 yaşınız olanda basketbol üzrə Ukrayna çempionu da olmusunuz. Bəs niyə futbolu seçdiniz?
- Mənim uşaqlıq illərimdə texnoloji inkişaf bu səviyyədə deyildi; internet, mobil telefonlar və s. yox idi. Bütün asudə vaxtımı səhərdən-axşamadək küçədə ancaq futbol topu ilə, basketbol topu ilə, hokkey oynamaqla keçirirdim. Valideynlərim məni evə güclə “dartırdılar” (gülür)… Demək olar ki, o vaxt topla nə idman növü varsa, məşğul olmuşam. Amma futbola marağım daha üstün idi.
- “Səbail” barədə təəssüratlarınız necədir və gözləntiləriniz nədən ibarətdir?
- Klub haqqında ilk məlumatı internetdə əldə etmişdim və belə qənaətə gəldim ki, yeni yaranan klub olmasına baxmayaraq, bütün kollektiv – rəhbərlik, məşçi heyəti, futbolçular – qarşısına məqsəd qoyub. Belə gənc klubun üzvü olmaq çox sevindiricidir. Çünki Ukraynada da elə komandalarda cıxış etmişəm ki, hər zaman qarşısında müəyyən məqsədləri olub. Karyeramda müxtəlif situasiyalar olub. Həm yaxsı, həm də pis. Amma çalışacağam ki, “Səbail”də öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirim və hər kəs məmnun olsun.
- Təbii ki, komanda yoldaşlarınızla yaxından tanış olmaq üçün hələ o qədər də çox vaxtınız olmayıb…
- Düzdür. Çempionatın fasilədən sonra ilk turundan – “Keşlə” ilə görüşümüzdən cəmi 3 gün əvvəl komandaya gəlmişəm. Yeni komanda, yeni oyunçular, fərqli ab-hava… Hər nə varsa, hər şey yeni. Sözsüz ki, mənim üçün çox çətin idi. İlk olaraq internetdə oyunçuların siyahısına baxdım və maksimum dərəcədə komanda yoldaşlarımın adını yadımda saxlamağa çalışdım. Ancaq oyundan sonra bir qədər rahatam. Çünki oyun zamanı ünsiyyətdə olursan və start 11-likdə olan oyunçuları artıq adları ilə tanıyıram. Düşünürəm ki, kiçik zaman kəsiyində hamını adbaad tanıyacağam və mənə asan olacaq.
- Əsas oyun xüsusiyyətlərinizi necə xarakterizə edərdiniz?
- Özüm haqqında nəsə deyə bilmərəm. Bunun üçün xüsusi ekspertlər, məşqçilər və oyunları izləyən müəyyən şəxslər var. Düşünürəm ki, oyunuma onların qiymət verməsi daha münasib olar. Mən isə öz növbəmdə özümü elə göstərməliyəm ki, mövsümün axırında oyunumu yüksək qiymətləndirsinlər.
- Topaz Premyer Liqasında oynamaq Sizin üçün ciddi çağırışdırmı?
- Əlbəttə! “Səbail”də oynamaq mənim üşün yeni çağırışdır. Şəhər, insanlar, çempionat… – hər şey yenidir. Bu çağırış mənim üçün çox maraqlıdır və hər bir təcrübə mənim üçün qiymətlidir. İnanıram ki, mənə uğur gətirəcək.
- Şəhərdən söz düşmüşkən, Bakı ilə ilkin tanışlığa vaxt tapa bilmisinizmi?
- Hələ ki şəhəri gəzməyə vaxtım olmayıb. Yol gedərkən şəhəri maşının pəncərəsindən izləyə bilmişəm. İlk baxışdan çox bəyəndim. Burada çoxlu sayda gözəl parklar, uca binalar gördüm. Bu yaxınlarda həyat yoldaşımla qızım da gələcək və biz mütləq şəhərə gəzməyə çıxacağıq.
- Söhbətimizin sonunda “Səbail”in azarkeşlərinə sözünüz varmı?
- Bütün idman növlərində olduğu kimi, futbolda da həm qələbə, həm də məğlubiyyət var. Azarkeşlərimizin hər zaman “Səbail”in yanında olmasını arzu edərdim.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- IX turun oyun cədvəli açıqlanıb
- "Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
- Millimizdən 5 qollu məğlubiyyət
- Canni İnfantino Bakıda: Dünya çempionatı üçün tikilən stadionlarla tanış oldu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dövlət başçısının FIFA prezidenti ilə görüşündən
- İtaliya millisindən Bursada 4 qollu qələbə
- Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
- Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib
- Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:35
Millimiz Mozambikə qalib gəldi
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
09:20
“Turan” Çempionlar Liqasında cavab oyununa çıxır
-
09:00
Azərbaycan kubokunda son 1/8 finalçılar kim müəyyənləşir
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
-
15:51
Mehdi Cənnətov: “İki dəfə hesabda geri düşsək də...”
-
14:46
Boksçularımlzln 2026-cı ildə Avropa çempionatlarında qazandığı medalların sayı 25-ə çatıb
-
13:00
İspaniya klubunda baş məşqçi istefası
-
12:14
“Zirə”nin kapitanı: “İstəyirdik ki, 90 dəqiqə ərzində oyunu bitirək”
-
11:58
FIFA U-15 dünya çempionatının iştirakçıları üçün əyləncəli festival təşkil olunub
-
11:36
Dünya Atletikasının dəstəyi ilə Bakıda məşqçilər üçün seminar başlayıb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
"Arsenal"dan kuboka erkən vida VİDEO
-
10:22
Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
-
10:09
Cəlal oynadı, komandası liderliyə yüksəldi
-
09:51
Mahirin komandası penaltilərlə mərhələ adladı
-
09:30
“Qarabağ” Abbasla vidalaşdı
-
23:47
"Zirə" penaltilər seriyasında sevindi VİDEO
-
23:28
Rəşad Sadıqov: “Bu çətin dövrü uğurla geridə qoyacağıq”
-
22:59
"Araz=Naxçıvan"dan darmadağın VİDEO
-
22:31
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
-
22:00
Yeton Bekiri qələbəni şərh etdi
-
21:14
"Sumqayıt"dan 11 qollu qələbə VİDEO
-
20:48
Ölkə kuboku: 5 komanda 1/8 finala yüksəldi
29.10.2026
28.10.2026
27.10.2026
























