4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

"Neftçi"də nigeriyalı yarımmüdafiəçi

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" baxışa yeni futbolçu dəvət edib.
 
Futbolxeber.az saytının məlumatına görə, nigeriyalı futbolçu Jessi Sekidikanı paytaxt klubunun düşərgəsinə qoşulub.
 
22 yaşlı yarımmüdafiəçi bu gün Rumıniyanın "Qaz Metan" klubu ilə yoxlama görüşündə meydana çıxacaq. Onun performansı məşqçilər korpusunu qane etsə, müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Sekidika Portuqaliyanın "Oyeras" klubunun yetirməsidir. O, 2014/15 mövsümündə "Benfika"nın ikinci komandasına transfer olub. Sekidika 2016-cı ildə Serbiyanın "Napredak" klubuna transfer olaraq, peşəkar karyerasına başlayıb. 2018-ci ildə Türkiyə "Əskişəhərspor"una keçən yarımmüdafiəçi klubun transfer cəzasına görə meydana çıxa bilməyib və ayrılıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31