Ölkə futbolu
"Rusiyada Premyer Liqaya yüksəlməyi karyeramın ən böyük uğuru sayıram"
"Ağır oyun oldu. "Neftçi” yaxşı rəqibdir. Açığı, hesaba oynayırdıq. Əks-hücumlarda irəli getməyə çalışırdıq. Minimal hesabla uduzsaq da, ilk görüşdəki 2:0 hesablı qələbə sayəsində mərhələ adladıq".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Aleksey İsayev evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib. Rusiya "Zenit"inin yetirməsi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Öz oyununuzu necə dəyərləndirirsiniz?
- Ola bilər ki, yaxşı bərpa olunmamışdım. Bu üzdən, ilk yarıda özümü o qədər də meydanda hiss etmirdim. Fasilədən sonra bir az özümə gəldim. İlk yarıda bərbad oynamışdımsa, ikincidə nisbətən yaxşı çıxış etdim. Artıq qış fasiləsidir. Evdə, ailənin yanında yaxşı dincəlib, sonra yolumuza davam edəcəyik.
- Qol buraxandan sonra komandanızda narahatlıq var idimi ki, rəqib daha bir dəfə fərqlənə bilər?
- Yox. Açığı, xüsusi narahatlıq yox idi. Hamımız dərk edirdik ki, qalib gəlməliyik. İki oyunun yekununda da qələbə qazandıq. "Neftçi” yaxşı komandadır. Bu rəqibə da ən yaxşısını arzulayıram.
- Matçdan sonra soyunub-geyinmə otağında qələbəni bayram edirdiniz. Səs-küy kənarda da eşidilirdi...
- Əlbəttə, çempionatın liderini üstələmək xoşdur. Futbolçular bütün qüvvələrini meydanda qoydular. Bunun qarşılığında emosiyaların da belə olması normaldır. Bütün komandanı, personalı təbrik edir, "əhsən” deyirəm.
- Belə demək olar ki, kubokda ən yüksək vəzifələr üçün mübarizə aparacaqsınız?
- Əlbəttə. Biz çempionat və kubokda ən yüksək vəzifələri təxirə salmamışıq. Həmişə oyuna qələbə üçün çıxırıq. Yekunda necə olacağı isə sonda bilinəcək.
- Yarımfinalda rəqibiniz "Zirə”dir...
- Yaxşı komandadır. İki dəfə görüşmüşük. Hərəmiz bir dəfə qalib gəlmişik. Oyunlara ciddi hazırlaşacağıq. Qış toplanışında öz üzərimizdə çalışacağıq.
- Mövsümün ilk yarısını aktivinizə yazmaq olar?
- Mən özünütənqidə üstünlük verirəm. Həmişə ən yaxşıya can atıram. Daha yaxşı oynaya bilərəm. İki ildə çox şey baş verib. Bütün bunlar məndə qalacaq. Qayıdacağam, ən yaxşı formamı bərpa edəcəyəm. Daha da yaxşı oynayıb, yalnız irəliyə doğru gedəcəyəm.
- Azərbaycan Kubokunun yarımfinalını karyeranızın zirvə nöqtəsi saymaq olar, yoxsa nə vaxtsa belə uğurunuz olub?
- Yarımfinala çıxmamışdım. Rusiyada "Yenisey”lə Premyer Liqaya yüksəlmişdim. Bunu karyeramın ən böyük uğuru sayıram. Lakin düşünürəm ki, böyük nailiyyətlərim hələ irəlidədir.
- "Sumqayıt”la, yoxsa...
- Həm "Sumqayıt”la, həm də gələcəkdə.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























