Ölkə futbolu
İAM qaliblərin adlarını açıqladı
İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2018" layihəsi çərçivəsində "Qar6" adlı mükafatlandırma mərasimi keçirilib.
Furbolxeber.az saytının məlumatına görə, öncə tədbirin aparıcısı Sənan Şəfizadə mərasimi açıq elan edib.
İAM-ın sədri Elşən Məmmədov bildirib ki, bu tədbir artıq 6-cı ildir təşkil olunur və səsverməyə 58 KİV-i təmsil edən idman jurnalistləri qatılıb. Onun sözlərinə görə, seçim zamanı aktivlik müşahidə olunub: “İl ərzində ölkəmizdə çoxsaylı beynəlxalq yarışlar keçirilib. 2019-cu ildə Avropa Liqasının da finalı Bakıda olacaq. Bizim də istəyimiz budur: Daha çox yarış keçirilsin və idman uğurları çox olsun ki, səsvermə ciddi rəqabət şəraitində getsin. Hər birinizə iştirak üçün təşəkkür edir, ilin qaliblərini təbrik edirəm".
Daha sonra mükafatlandırma başlanılıb.
Xüsusi mükafatlar və müxtəlif nominasiyalar üzrə mükafatlandırmadan öncə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılova söz verilib. O, tədbir iştirakçılarını görməkdən şad olduğunu vurğulayıb: “Artıq 2018-ci ilin son günlərini yaşayırıq. Bu il ölkəmizdə bir neçə tədbir, nüfuzlu yarışlar təşkil olundu. Azərbaycanda keçirilən tədbirlərə dəyər, qiymət verilir. İdmançılarımız dünyanın müxtəlif yerlərində 800-ə yaxın medal qazanıb. Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da 7 medala sahib olduq. Ölkəmizdə idmana diqqət və qayğı var. İnanıram ki, Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına da çoxlu lisenziyalar qazanılacaq. İAM-ın apardığı sorğuda ən layiqli insanlar qiymətləndirilir. Onları təbrik edirəm və gələcəkdə uğurlar arzulayıram".
Daha sonra, İ.İsmayılov "İlin idman xadimi" mükafatını Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbova təqdim edib. F.Qayıbov çıxışında il ərzində əldə olunan nailiyyətlərdən danışıb: “Belə bir mükafata görə sizə minnətdarlığımı bildirirəm. Belə bir gündə mükafat almaq mənim üçün ikiqat fərəh deməkdir. 10 il bundan öncə ilk dəfə ata oldum. Bu uğur tək mənim deyil. Bu gün Avropa Gimnastika İttifaqının yeni internet saytının təqdimatı olacaq. 15 il Azərbaycan Gimnastika Federasiyasında çalışmışam. Mənə çoxlu insanlar dəstək olublar. Federasiyasımıza düzgün istiqamət verən şəxs qurumun prezidenti Mehriban Əliyeva olub. Azərbaycan Gimnastika Federasiyası ötən il 148 ölkənin federasiyası arasında ən yaxşı seçilib. Bu da ən yaxşı sübutdur. 2018-ci il mənim üçün çətin və uğurlu oldu. Bu ili demək olar ki, təyyarələrdə keçirdim, müxtəlif ölkələrə səfərlər etdik. Mühüm qərarlar qəbul etdik. Bunların bəzilərinin nəticələrini bu il, bəzilərini isə illər sonra görəcəyik. 2019-cu ildə bizi daha böyük tədbirlər gözləyir. Bunların arasında "Minsk-2019" II Avropa Oyunları və Bakıda təşkil olunacaq. Avropa Gənclərinin Olimpiya Festivalı da var. Ölkə xaricində görüşlərim zamanı Azərbaycan idmanı barəsində yalnız xoş sözlər eşidirəm. Bu da bizim üçün fərəh doğurur. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İldə hər birinizə uğurlar arzulayıram”.
"İlin idman yarışı” nominasiyasında qalib olaraq, Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatı seçilib. Mükafatı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlıya təqdim edib. E.Babanlı tədbir iştirakçılarını salamlayıb və səs verdikləri üçün jurnalistlərə təşəkkür edib: “İlk dəfə cüdo üzrə dünya çempionatı ölkəmizdə keçirilirdi. Beynəlxalq cüdo federasiyasiyasının ən yüksək rəyini aldıq. Buna görə böyük məmnunluq hissi keçiririk. Bir çox idman növləri üzrə dünya çempionatları ölkəmizdə keçirilib. Bu da Azərbaycandakı düzgün idman siyasətinin nəticəsidir. Burada iştirak edən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edirəm”.
Daha sonra "Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə daşımış mərhum baş məşqçi Böyükağa Hacıyevin adına təsis olunmuş "Böyükağa Hacıyev mükafatı" sahibini tapıb. Bu mükafata “Zirə” klubunun hazırkı, "Sumqayıt"ın isə sabiq baş məşqçisi Samir Abasov layiq görülüb. S.Abasovun maraqlı fikirlərinin yer aldığı videosujet təqim olunduqdan sonra mükafatı Böyükağa Hacıyevin oğlu Yusif Hacıyev təcrübəli mütəxəssisə təqdim edib. Baş məşqçi suallara cavab verəndə belə maraqlı alınacağını düşünmədiyini vurğulayıb: “Görünən odur ki, danışığa görə də mükafat verilir (gülür). Çox sağ olun, hər birinizə təşşəkür edirəm”.
Sonra isə İlin futbolçusu seçilmiş Mirabdulla Abbasov səhnəyə dəvət olunub. 23 yaşlı hücumçuya mükafatı AFFA Məşqçilər Komitəsinin üzvü, “Şöhrət” ordenli mütəxəssis, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasəlim Mircavadov təqdim edib. M. Abbasov səs verən hər kəsə minnətdarlığını bildirib. O da öz növbəsində S.Abasova təşəkkür etməyi unutmayıb: “Məni hücumçu kimi Samir müəllim sınayıb, mənə belə şansı o verib. Hər birinizi qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm".
İlin əcnəbi futbolçusu mükafatına isə “Qarabağ”ın oyunçusu Donald Gerrye layiq görülüb. Haiti millisinin üzvünə mükafatı "İrəli" İctimai Birliyinin sədri, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi MirHəsən Seyidov verib. Gerrye çıxışına Azərbaycan dilində "Mənə səs verənlərə təşəkkür edirəm" sözləri ilə başlayıb.
Son olaraq “İlin idmançısı” mükafatı yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Eldəniz Əzizliyə təqdim olunub. Mükafatı ona dayısı, AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev təqdim edib. E.Əzizli 2018-ci il hamı üçün uğurlu olduğunu qeyd edib: “Mənə səs verən jurnalistlərə təşəkkür edirəm. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına qatılmaq və orada uğurla çıxış etmək istəyirəm”.
Son olaraq İAM-ın sədri E.Məmmədov tədbirə qatılanlara təşəkkür, qalibləri təbriklər edib. Daha sonra isə tort kəsilib və birgə xatirə fotosu çəkilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Qarabağ”ın ikinci transferi Bakıya gəldi
- Kanada millisindən tarixi nəticə
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- Dambrauskasa verilən “gic-gic suallar”
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- "Qarabağ"ın rəqibi bəlli oldu
-
23:55
Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub
-
22:48
3 boksçumuz Dünya Kubokunun yarımfinalında
-
21:24
PFL onları mükafatlandırdı
-
21:00
"İmişli"də 5 ayrılıq
-
20:17
"Neftçi" Rezabala ilə vidalaşdı
-
19:39
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
-
18:53
Premyer Liqada ilk turun təqvimi açıqlandı
-
18:26
Tahir Abdullayevin Bakıda keçiriləcək UFC-də iştirakı təsdiqlənib
-
17:42
Argentina millisinin üzvü DÇ-2026-nın ən yaraşıqlısı seçildi: Ronaldo 45-ci oldu
-
17:01
"Şəfa" onunla yeni müqavilə imzaladı
-
16:36
Avropa Gimnastikasının XXXII Konqresi 2027-ci ildə Bakıda keçiriləcək
-
16:15
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
-
15:58
Emin Kürdov: “Normal qrupa düşmüşük”
-
15:44
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
-
15:29
DÇ-2026: Neymar yenə meydana çıxmayacaq
-
15:00
Dambrauskas: “Rəqibin kimliyi əhəmiyyətli deyil”
-
14:33
Millimizin rəqibləri müəyyənləşdi
-
14:16
"Böyük Dəbilqə": Balabəy Ağayev finalda dünya çempionunu məğlub etdi
-
13:42
“Qarabağ”la oyunu ləğv etdilər
-
13:27
Elvin Astanov Tunisdə gümüş medal qazanıb
-
13:01
Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
-
12:48
Çexiya - CAR oyunu mundialların tarixinə düşüb
-
11:55
Zaur Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
-
11:39
Meksika pley-offda VİDEO
-
11:24
DÇ-2026: Portuqaliya antirekordunu təkrarladı
-
11:00
“Səbail”in yeni baş məşqçisi açıqlandı
-
10:43
Dünya çempionatında qol rekordu qeydə alındı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
İslandiya klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi
-
09:51
Kanada Qətəri darmadağın etdi VİDEO
-
09:38
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
19:53
IV Avropa Oyunlarında iştirak üçün kvota qazandı
-
18:38
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi bilindi
-
17:22
"Zirə"nin hazırlıq planı müəyyənləşdi
-
17:06
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib
-
16:49
Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:14
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
-
15:57
“Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
15:31
"Şəfa"da daha üç ayrılıq
-
15:03
İsmail Kartal yenidən “Fənərbaxça”da
-
14:45
Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək
-
14:20
"Araz-Naxçıvan"dan ilk transfer
-
13:52
"Səbail" Adil Şükürovla yolları ayırdı: xələfi də məlumdur
-
13:38
“Qəbələ”dən “Şahdağ Qusar”a
-
13:16
“Difai”də yeni baş məşqçi
-
13:09
Sekidikanın yeni klubu müəyyənləşdi
-
12:44
Qana sonda sevindi VİDEO
-
12:27
Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar
-
11:51
“Şəfa”nın göyə sovurduğu 300 min manat
-
11:33
Azərbaycanın 6 çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
19.06.2026
18.06.2026























