3 Iyun 2025, Çərşənbə axşamı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu

Ölkə futbolu

"Qarabağ"dan rekord, Dani və Mahirdən yubiley

Topaz Premyer Liqasının XIV turu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.
 
Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Zirə” ilə səfər oyunundakı 6:0 hesablı qələbədə qolla pay sahibi olan Mahir Mədətovla Dani Kintana yubiley qeyd edib. Hər iki oyunçu Premyer Liqada 25-ci qolunun sevincini yaşayıb.
 
Hamısı “Qarabağ”ın heyətində olmaqla, 73-cü görüşünə çıxan Kintana het-trik müəllifi olub. Bu matçadək 23 qol vuran ispaniyalının 34-cü dəqiqədə “Zirə”nin qapısından keçirdiyi özünün 2-ci topu yubiley xarakteri daşıyıb. Kintana oyunun sonunadək qol sayını 26-ya da çatdırıb. Dani həm də Mahirdən sonra cari mövsümdə het-trikə imza atan 2-ci futbolçudur.
 
42-ci dəqiqədə fərqlənən Mədətov isə Premyer Liqadakı 25-ci qolunu 90-cı matçında qeyd edib. Bütün qollarını “Qarabağ” formasında rəqib qapısından keçirən gənc hücumçu bu oyunların 74-nə Ağdam klubunun heyətində çıxıb.
 
Qeyd edək ki, “Qarabağ”ın “Zirə” üzərindəki qələbəsi mövsümün rekordu ilə də əlamətdar olub. Qurban Qurbanovun yetirmələri mövsümün ən böyükhesablı qələbəsinə imza atıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30