5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Əsas ümidimiz azarkeşlərədir”

“Komandamız "Sumqayıt”la oyuna böyük həvəslə hazırlaşıb”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 14-cü turunda doğma meydanda “Sumqayıt”la keçirəcəkləri oyundan danışan təcrübəli futbolçu azarkeşləri stadiona dəvət edib:

“Heyətdə ciddi itkilər var. Bu bizə müəyyən çətinliklər yarada bilər. Belə vəziyyətlərlə çox rastlaşmışıq. Lakin hər dəfə də azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində istədiyimiz nəticəni əldə etmişik. İnanıram ki, bu dəfə də belə olacaq. Yenə də əsas ümidimiz onlaradır. "Sumqayıt”la görüş Premyer Liqadakı sonuncu ev oyunumuzdur. Bu qarşılaşmada qələbə qazanmaq bizim üçün çox vacibdir. Bütün "Neftçi” azarkeşlərini stadiona dəvət edirəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” - “Sumqayıt” oyunu saat 19:30-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31