1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

"Qəbələ" 8-ci dəfə "Səbail"ə qarşı

"Qəbələ" Topaz Premyer Liqasının 14-cü turunda səfərdə “Səbail”lə üz-üzə gələcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu matç rəqiblər arasında 8-ci duel olacaq. İndiyə qədər keçirilən 7 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 5 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Əyalət təmsilçisi 16, rəqib 7 dəfə fərqlənib.

“Qəbələ” əvvəlki 7 dueldə meydanı qolsuz tərk etməyib. “Səbail”in qapısından Baqali Dabo 6, Famussa Kone 3 top keçirib.

Premyer Liqada keçirilən 5 matçda 3 qələbə qazanan “qırmızı-qaralar” 1 heç-heçə edib və 1 dəfə uduzub. “Qəbələ” top fərqində də üstündür – 11:5.

Paytaxt təmsilçisinin meydanındakı bütün oyunlarda hər iki komanda qol sevinci yaşayıb. 2 dəfə qalib gəlib, 1 dəfə uduzan “Qəbələ” top fərqində öndədir - 5:3.

Xatırladaq ki, “Bayıl Arena”da keçiriləcək oyun saat 17:30-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30