19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Mirabdulla Abbasov: "2 xal itirdiyimizi deyə bilmərəm"

"Hesabda iki dəfə önə çıxsaq da, qol buraxdıq. Qalib də gələ bilərdik, uduza da. Ona görə də iki xal itirdiyimizi deyə bilmərəm". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov evdə "Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XI tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. 
 
23 yaşlı hücumçu yenə qol vurmasına sevindiyini vurğulayıb. Lakin Abbasov bu qolun komandasına qələbə qazandırmamasına üzüldüyünü əlavə edib: "Çətin olacağını bilirdim. Çünki "Zirə”nin oyunlarını görmüşdüm. Rəqib sonuncu pillədə olmasına baxmayaraq, yaxşı oyun göstərir. Qol vurduğum üçün sevinirəm. Amma bu qolun komandamıza qələbə qazandırmamasına üzülürəm. Artıq qarşıdakı görüşləri düşünməliyik. Çalışacağıq hər oyunda maksimum nəticə qazanaq ki, rəqiblərlə xal fərqini qoruyaq”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31