7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Elxan Məmmədov millinin üzvləriylə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov görüşdə iştirak edib. Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.
 
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq. Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, 20 noyabrda isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qurupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31