10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Səbail"in oyunçusu hakimə təzyiq göstərib

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:
 
Birinci divizionun 9-cu turunun “Zirə-2” - “Kəpəz” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Oyunun 45+1-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
Birinci divizionun 9-cu turunun “Turan Tovuz” - “Keşlə-2” matçında “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Birinci divizionun 9-cu turunun “Qarabağ-2” - MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Birinci divizionun 9-cu turunun “Ağsu” - “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
Birinci divizionun 9-cu turunun “Səbail-2” - “Zaqatala” matçının 55-ci dəqiqəsində “Səbail-2” klubunun futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31